www.sinerjipro.net

SinerjiProWide
Reklam

292d5dfc7ba23f8922a8c238b9a43a3bAMEA Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.

Mərkəzdən verilən məlumatda vətəndaşlara yeraltı təkanlarla bağlı yayılan qeyri-dəqiq informasiyalara inanmamaq tövsiyə olunur: “Zəlzələ təbiət hadisəsi, yerin təkində gedən prosesdir. Seysmoloji Xidmət Mərkəzi olaraq bizim borcumuz baş verən hadisələrlə bağlı cəmiyyəti düzgün informasiya ilə məlumatlandırmaqdır. İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstərir”.

Mərkəzdən əlavə ediblər ki, baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər.

Qeyd edək ki, bu gün saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 65
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."