Əlində silahı olan terrorçu ilə dolları olan... - Ərdoğan

Müəllif: Gulnare Eynullaqızı

Editor

Əlində silahı, bombası olan terrorçu ilə dolları, avrosu, faizi olan terrorçu arasında məqsəd baxımından heç bir fərq yoxdur.

Yeniçağ.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında çıxışı zamanı söyləyib.

Ərdoğan qeyd edib ki, hər iki tərəfin məqsədi Türkiyəni çökdürməkdir:

“Onların məqsədi Türkiyəni hədəfindən uzaqlaşdırmaq və təslim almaqdır. Bu səbəbdən də valyutadan silah kimi istifadə edirlər”.

Qeyd edək ki, qardaş ölkədə dollar 3.88, avro isə 4,11 lirəni ötüb.

Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır