yenicag.az
yenicag.az

Ərdoğan: Türkiyə qoşunları Kipri tərk etməyəcək

Ərdoğan: Türkiyə qoşunları Kipri tərk etməyəcək

Müəllif: resul

Editor

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk ordusunun Kiprdən çıxarılmasına qarşı çıxış edib.

Yeniçağ.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

“Şimali Kipr danışıqlarda səmimi mövqe tutur, lakin Yunanıstan… Türkiyə ilə müqayisədə bu zəmanətçi ölkənin digər gözləntiləri var. Türk hərbçilərinin Kipri tərk etmələrinə dair söhbət ola bilməz”, – prezident deyib.

Ərdoğan vurğulayıb ki, Türkiyəsiz Kiprin təhlükəsizlik zəmanəti məsələsini razılaşdırmaq mümkün deyil.

Onun sözlərinə görə, BMT-nin sabiq baş katibi Kofi Annan adanın birləşdirilməsinə dair planı “artıq qüvvədə deyil”, hazırda “danışıq prosesinin yeni səhifəsinin açıldığını” qeyd edib. 2016-cı ilin dekabr ayında Ərdoğan və Almaniya kansleri Angela Merkel Kiprdəki vəziyyətin tənzimlənməsi məsələsinə toxunublar.

Yeniçağ.Az

Xəbərlər, Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti