​Bakıda 6 avtomobil toqquşdu – Yaralılar var

​Bakıda 6 avtomobil toqquşdu – Yaralılar var

Müəllif: Redaktor

Baş Redaktor

7faee9d3-3a2e-4e74-b073-87f9fbab87abBakının Xətai rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə rayonun Mehdi Mehdiyev küçəsi ilə Fəzail Bayramlı küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, F.Bayramlı küçəsi ilə hərəkət edən “Audi” markalı 10 – LV – 879 dövlət nömrə nişanlı avtomobil M.Mehdiyev küçəsi ilə hərəkət edən “Daewoo Nexia” avtomoblinin yoluna çıxaraq qəza törədib. “Daewoo Nexia” avtomobil yolun kənarında olan “Mazda”ya, “Mazda” iki “Mercedes” avtomobilnə çırpılıb. Qəzaya uğrayan avtomobillər daha bir “Daewoo Nexia” markalı avtomobilə də çırpılıb.

Hadisə nəticəsində “Audi” və “Daewoo Nexia” avtomobillərinin sürücüləri xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.(report)

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti