​Türkiyədə partlayış: bir əsgər şəhid olub, 8-i yaralanıb

​Türkiyədə partlayış: bir əsgər şəhid olub, 8-i yaralanıb

Müəllif: Redaktor

Baş Redaktor

terror-partlayishHadisə əsgərlərin terrorçuların məhəllədə qazdıqları çuxurları doldurarkən baş verib
Türkiyənin Nusaybin bölgəsinin Yenişehir məhəlləsində terrorçu PKK qruplaşmasının qazdığı çuxurlardakı əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 9 əsgər yaralanıb.

“Report”un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, yaralılardan 3-nün vəziyyəti ağırdır.
Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan yaralılardan biri hospitalda həyatını itirib.

Məlumata görə, hadisə əsgərlərin terrorçuların məhəllədə qazdıqları çuxurları doldurarkən baş verib.

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti