“Human Rights Watch” təşkilatı Azərbaycanı tənqid etdi

“Human Rights Watch” təşkilatı Azərbaycanı tənqid etdi

Müəllif: Baş Redaktor

Baş Redaktor

62131“Human Rights Watch” təşkilatı Azərbaycanla bağlı növbəti hesabatını açıqlayıb.

Hesabatda qeyd olunur ki, Avropa Şurasında altı aylıq sədrliyi başa çatmaq üzrə olan Azərbaycanda uzun illərdir ki azad səslərə qarşı davam edən repressiya artıq krizis həddinə çatıb.

“Azərbaycan hökumətinin davamlı olaraq hüquq-müdafiəçilərinə və digər hökuməti tənqid edən şəxslərə təzyiqi onun Avropa Şurası qarşısındakı öhdəliklərinə hörmətsizlik etdiyini göstərir”- deyə təşkilatın Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Gogia bildirib.

Hesabatda qeyd olunur ki, Azərbaycan illərdir tənqidi boğmasına və bu təşkilata daxil olarkən üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinə baxmayaraq, bu ilin mayında Avropa Şurası Nazirlər Kabinetinə altı aylıq sədrliyə başladı. Lakin köhnə problemlərin həllini tapması əvəzinə hökumət təzyiqləri daha da artırdı, saxta cinayət ittihamı ilə hüquq-müdafiəçilərinə, jurnalist və fəallara qarşı hücuma keçdi.

Hesabatda bildirilir ki, Azərbaycan son iki ildə əsassız ittihamlarla azı 50 müstəqil və müxalif siyasi fəalları, jurnalist, blogger və hüquq-müdafiəçilərini həbs etdi və onların əksəriyyəti hələ də həbsdədir. Bakı, QHT-lərin fəaliyyətini tənzimləyən məhdudlaşdırıcı yeni qanunlar və digər taktikalar, o cümlətən təşkilatın bank hesablarını dondurmaqla müstəqil qrupları susmağa vadar edib.

Gogia sonda bildirib ki, Avropa Şurası rəhbərliyi Bakının davranışlarını ən sərt şəkildə mühakimə etməlidir.

Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti