“Qarabağ” Premyer Liqada 100-cü qələbəsini qazanıb

“Qarabağ”  Premyer Liqada 100-cü qələbəsini qazanıb

Müəllif: Baş Redaktor

Baş Redaktor

Qarabağ_(Ağdam)-loqoTopaz Premyer Liqasının VII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

42 yaşlı mütəxəssis rəhbərlik etdiyi komanda ilə Azərbaycan çempionatlarında 100-cü qələbəsini qazanıb.

Yubiley Qurbanovun məşqçilik karyerasını başladığı “Neftçi” ilə görüşə təsadüf edib. 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi 2008-ci ildən bu klubda çalışan mütəxəssislə çempionatda 100-cü dəfə 3 xal əldə edib.

Qurbanovun baş məşqçiliyi dövründə “Qarabağ”ın qazandığı 100 qələbə 7 mövsümə təsadüf edib: 2008/09 – 14, 2009/10 – 14, 2010/11 – 17, 2011/12 – 15, 2012/13 – 16, 2013/14 – 21, 2014/15 – 3.

Qurbanov Azərbaycan çempionatları tarixində eyni komanda ilə 100 və daha çox qələbə qazanan 3-cü baş məşqçi olub. Ona qədər Qəhrəman Əliyev “Viləş”, Mehman Allahverdiyev “Kəpəz”də 100-ü arxada qoya bilmişdi.

Qeyd edək ki, ölkə çempionatlarında “Neftçi”ni də çalışdıran Qurbanov bu komanda ilə 19, ümumilikdə isə 119 qələbə qazanıb. Bu göstəricidə Azərbaycan rekordu Ağasəlim Mircavadova məxsusdur.

İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti