“KamAz”ın əyləci tutmadı, maşınları əzdi – Bakıda

Müəllif: Redaktor

Editor

Bu gün Bakının əsas küçələrindən biri olan Ziya Bunyadovda üzü “Koroğlu” metrostansiyasına gedən istiqamətdəki tuneldə zəncirvarı qəza baş verib.

Yeniçağ.az Lent.az-a istinadən xəbər verir ki, “KamAz” markalı yük avtomobili əylənc sisteminin işləmədiyinə görə, bir neçə maşına çırpılıb. Nəticədə yolda tıxac olub. Təxminən 7-8 avtomobilin əzildiyi bildirilir.

Qeyd edək ki, hadisə yerinə DYP-nin əməkdaşları gəlib. Detallar dəqiqləşdirilir.

Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır