1 ABŞ dolları 1 avro olacaq

Müəllif: Redaktor

Editor

forex-dollar-euro-300x211Goldman Sachs Group Inc, bu ilin sonuna qədər avro/dollar məzənnəsinin bərabərləşəcəyini (1 ABŞ dolları = 1 avro) yenidən təkraralayıb. Bank belə bir proqnoz etmək məsələsində praktiki olaraq təkdir.
Avro/dollar məzənnəsinin bərabərləşməsi, Bakı vaxtı ilə 10:00-da avro/dollardakı 1.0763 səviyyəsi nəzərə aldığına doların 7% dən artıq dəyər qazanması lazımdır. Belə böyük bir hərəkəti dünyanın iri 60 bankının heç biri proqnozlaşdırmır.

Dollar, 30 Oktyabrdan bu yana 2.3 faiz qalxıb və bu il isə 12%-dən çox bahalaşıb.
Ötən Cümə günü, bu ilin ən güclü məşğulluq göstəricilərinin açıqlanmasının ardından, Fedin Dekabr ayına faiz artırımına getmə ehtimalı güclənib. Bu da Dolları bahalaşdırır.

Goldman analitikləri, Fedin faizləri artırması və Avropa Mərkəzi Bankının (AMB) inflyasiyanı artırmaq üçün təşviqi artırılması ilə, dolların yüksəlməsi üçün olduqca çox potensial olduğunu qeyd ediblər.
Goldman Sachs-ın hesabatında, “Məşğulluq göstəriciləri Dekabr ayında faiz artırımının demək olar dəqiqləşdiyini göstərdi” qeyd edilib.

Goldman, “dollar avro qarşısında Dekabr ayındakı AMB iclasına qədər 1.05-ə bahalaşacaq və il sonuna qədər məzənnə səviyyəsinə çatacaq (1 ABŞ dolları = 1 avro)” şərhini edib.

Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozlarına görə, avro/dolların 31 Dekabrda 1.09 səviyyəsində olması gözlənilir. Bloombergin sorğusuna qatılanlar arasında dollarlarda ən çox artım gözləyən analitiklərin proqnozu isə 1.05 səviyyəsindədir.

Avro dollar qarşısında Mart ayında 1.0458 ilə 12 ilin ən aşağı səviyyəsini görüb və son dəfə məzənnə bərabərliyi 2002-ci ilin Dekabr ayında baş verib.

“Morgan Stanley” bankı da 2016-ci ilin dördüncü rübündə avro/dollar məzənnəsinin bərabərləşəcəyini gözləyir. Həmçinin bank, avro/dollarda il sonu proqnozunu, əvvəlki səviyyə olan 1.13-dən 1.06-ya və 2016-ci ilin birinci rübü üçün isə 1.11-dən 1.03-ə endirib. /”Marja”



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır