!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

1 dolların qara bazarda 2 manat olmasının məsuliyyətini kim daşıyır?

!Reklam – Yazi

neft32-dolla5435345rNatiq Cəfərli: “Cəmiyyəti vaxtında bilgiləndirməyən Mərkəzi Bankın fəaliyyətsizliyinin nəticəsidir”

Ötən bazar günü qara bazarda manatın dollara nisbətən məzənnəsi hətta 2 dolları belə keçdi. Bu hal onu göstərir ki, manatın ikinci devalvasiyasından sonra onun məzənnəsi ətrafında bəzi işbazlar spekulyasiya etməyə başlayıblar. Görəsən, qara bazarda dolların bahalaşdırılması nədən qaynaqlanır?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, şənbə və bazar günləri ərzində 1 dolların 2 manat olması tendensiyası istirahət günləri bankların işləməməsindən sui-istifadə edən işbazların fəaliyyətinin nəticəsidir: “Azərbaycanda keçən əsrin 90-cı illərində buna bənzər proses olub. Mərkəzi Bank, hökumət nümayəndələri cəmiyyətlə normal dialoq qursaydı belə olaylar da baş verməzdi. Son məzənnəni Mərkəzi Bank cümə günü səhər tezdən elan etmişdi. Şənbə və bazar günləri isə Mərkəzi Bankın istirahət günləridir.  Buna əsasən şənbə və bazar günləri də həmin məzənnə qalmışdı. Təbii ki, açıqlamaları tez-tez vermədikdə, cəmiyyəti bilgiləndirmədikdə bəzi insanlar ortaya çıxaraq prosesdən istifadə edib pul qazanmağa çalışırlar. Yəni  qara bazarda dolların məzənnəsinin qalxması ilə bağlı baş verən ajiotaj hadisə sırf pul qazanmaqdan qaynaqlanır. İnsanlar da şayiələrdən, mətbuatda gedən yazılardan istifadə edərək məzənnənin həddindən sürətlə qalxacağı şayiəsinə uyaraq, panika yaradırlar. Bu panikanın da nəticəsi olaraq dolları daha da bahalaşdırmaqla həmin işbazlar pul qazanırlar. Mərkəzi Bankın borcudur ki, panikanın yaranmaması üçün əlindən gələni etsin. Bazar günü mətbuatda, hətta elektron KİV-də məsələ ilə bağlı məlumatlar getsə də, amma Mərkəzi Bankın heç bir rəsmi nümayəndəsi çıxıb insanlara açıqlama vermədi, onları bilgiləndirərək sakitləşdirmək istiqamətində addım atmadı. Bunun nəticəsidir ki, belə panika da yaşandı. Mərkəzi Bank əvvəlcədən açıqlama versəydi, belə halların da qarşısını vaxtında almaq olardı. Səhər tezdən (dünən-red.) Mərkəzi Bank bununla bağlı açıqlama yaydı və əslində məzənnənin dəyişmədiyini bildirdilər. Bundan sonra isə vəziyyət bir qədər normallaşacaq. Amma bu açıqlamanı bazar günü etsəydilər daha yaxşı oalrdı, panika da yaranmazdı. Bunun edilməməsinin nəticəsidir ki, bazar günü günorta saatlarında ajiotaj pik həddinə çatmışdı. Dünyanın heç bir yerində paranın və ideyanın qarşısını almaq mümkün deyil. Pul qazanmaq istəyən insanlar həmişə olacaq. Bazar iqtisadiyyatı fonunda bu kimi tendensiyalara normal baxmaq lazımdır. Düzdür, bu qanunsuzdur, lisenziyasızdır, bu işin başqa tərəfidir. Amma tələb varsa, təklif də yaranır. Mərkəzi Bank da belə ajiotajın qarşısını almaq üçün əlindən gələni etməli idi. Mərkəzi Bank istirahət dövründə, şənbə və bazar günləri gün ərzində heç olmasa bir dəfə indiki həssas məqamda rəsmi press-reliz yaya bilərdi. Prosesin sivil yolla olması və ajiotaja səbəb olmaması üçün Mərkəzi Bank diqqətli addımlar atmalıdır. Təəssüf ki, bu illər ərzində Mərkəzi Bank həmişə sinifdə qalıb”.

ELÇİN

www.yenicag.az

4271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv