yenicag.az

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü belə qeyd olundu – FOTOLAR

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü belə qeyd olundu – FOTOLAR

Müəllif: Redaktor

Editor

cLf1SX1cVnQcBu gün “Metropark Alış-Veriş Mərkəzi”ndə– 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

“Səlis danışıq Loqopedik və Psixologiya Mərkəzi”ylə AZXEBER.COM informasiya portalının birgə təşkilatçılığa ilə baş tutan tədbirdə 100-ə yaxın uşaq iştirak edib.

“Səlis danışıq Loqopedik və Psixologiya Mərkəzinin direktoru Xavər Abdullayeva bildirib ki, uşaqlar bizim gələcəyimizdir: Uşaqları başa düşməkçün ilk öncə onların psixologiyasını bilmək lazımdır.Təəssüflər olsun ki,günümüzdə əksər valideyn və müəllimlər bundan xəbərsizdir. Biz də “Səlis danışıq Loqopedik və Psixologiya Mərkəzi” olaraq uşaqların şəxsiyyət və əsl vətəndaş kimi formalaşmasında əlimizdən gələni edirik. Mərkəzimizə üzv olan bütün uşaqlara bu amillər aşılanır. Təkcə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günündə deyil, biz çalışmalıyıq ki, hər gün hər saat uşaqlarımıza vaxt ayıraq, onların qayğıları ilə maraqlanaq. Çünki onlar bizim gələcəyimizdir, uşaq olmayan yerdə xoşbəxtlik də olmaz”.

AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli də öz növbəsində uşaqları təbrik edib və valideynlərə uşaqları bu cür tədbirlərə gətirməyə məsləhət görüb: “Övladlarımız hələ uşaq yaşlarından bu cür tədbirlərdə iştirak etməlidirlər. Çünki uşaqlar psixoloji cəhətdən sərbəst və rahat olmasalar bu sonrakı həyatlarında da onlara maneə törədə bilər. Bu baxımdan çox istərdim ki, uşaqlar üçün belə tədbirlər davamlı olsun”.

Tədbirdə mərkəzin psixoloqları Fərqanə Mehmanqızı, Kəmalə Xəncanova, Leyla Babayeva, Zərifə Kərimli və digərləri iştirak edib.

Tədbirdə daha sonra müxtəlif oyunlar və viktorinalar baş tutub, rəsm sərgisinin qalibləri mükafatlandırılıb. Sonda isə uşaqlara bayram münasibətiylə hədiyyələr təqdim olunub.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti