1 toyuğa görə 3 nəfər öldü

1 toyuğa görə 3 nəfər öldü

Müəllif: Redaktor

Baş Redaktor

toyuq_cuce_0000Türkiyədə trajikomik cinayət baş verib

Türkiyənin Osmaniyyə bölgəsində dəhşətli cinayət baş verib. Yenicag.az bizimyol.info-ya istinadən xəbər verir ki, Düziçi qəsəbəsində yaşayan Bekmezli ailəsindən bir gündə 3 nəfər cinayətə qurban gedib. Belə ki, qonşuluqda yaşayan qohumlar arasında mübahisə yaşanıb.

Qohumlardan birinin toyuğu digər qonşunun həyətinə keçib. Aralarındakı soyuq münasibətə görə hər an yaşanacaq davaya, həyətə girən toyuq bəhanə olub. 27 yaşlı Aysel, həyətə girən qohumu 22 yaşlı Hüseyni ov tüfəngi ilə vurub. Köməyə gələn 23 yaşlı Murad isə Ayseli vurub. Hadisə nəticəsində Murad da yaralanıb və xəstəxanada dünyasını dəyişib.

Cinayət işi ilə bağlı araşdırma davam edir.

Maraqlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti