10 dekabr terrorunda NATO izi: terrorçulara kimyəvi maddə haradan ötürülüb?

Müəllif: Redaktor

Editor

terorbesiktasİstanbulun Beşiktaş səmtində dekabrın 10-da törədilmiş qanlı terror aktına görə həbs edilən 13 şübhəli şəxsin istintaqı zamanı hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, terror aktı zamanı istifadə olunmuş bombada “TNT” və “RDX” qarışıqlı partlayıcı tərkibdə üçüncü kimyəvi maddə də aşkar edilib. Ən mühüm məqamlardan biri isə həmin bombanın kustar üsulla hazırlanmadığı, zavod istehsalı olmasıdır. O da bildirilir ki, yüksək çinli hərbçilərdən dəstək almadan terror hücumunda istifadə edilən partlayıcı maddələrin əldə olunması mümkün deyil.

Aydındır ki, terrorçular onlarla insanın ölümü, 200-ə yaxın şəxsin yaralanması ilə nəticələnmiş miqyaslı hücumu özbaşına və öz imkanları sayəsində təşkil edə bilməzdilər. Onların istifadə etdikləri bombanın tərkibindəki kimyəvi maddələr qarışığı və zavod istehsalı olması terrorçuların kənardan idarə edildiklərini söyləməyə tam əsas verir. Bu zaman ortaya təbii sual çıxır: terrorçulara kim dəstək verib? Suala cavab tapmaq üçün ilk növbədə Türkiyəyə qarşı mövqe tutan daxili və xarici qüvvələrin sırasına nəzər salınmalıdır. Terrorçuların qeyd olunan dəstəyi yüksək məqamlı hərbçilərdən almaları ehtimalının ciddiliyi bu çərçivədə müəyyən ipucu verir. O halda terrorçuları bomba ilə təmin edən hərbçilərin ya Türkiyə ordusunda hələ ifşa edilməyən FETÖ-çü zabitlər, yaxud da NATO-nun “İncirlik” hərbi bazasında xidmət edən ABŞ zabitlərinin olması versiyası önə çıxır. FETÖ-çuların 15 iyul çevrilişinə uğursuz cəhd zamanı “İncirlik”dən yönləndirilmələrinə dair üzə çıxan faktlar adıçəkilən NATO bazasının Türkiyə əleyhinə fəaliyyətlərin mərkəzinə çevrilməsi qənaətini daha da möhkəmləndirib. Hər halda, istintaqın gedişində bu kimi məqamlara tam aydınlıq gətiriləcəyi gözlənilir.

Araz Aslanlı ile ilgili görsel sonucuBu ehtimalı Yeniçağ.Az-a şərh edən politoloq Araz Aslanlının fikrincə, təhlükəsizlik tədbirlərinin gücləndirildiyi İstanbulda terrorçuların özbaşına bomba əldə etmələri, onu partladacaqları əraziyə asanlıqla daşımaları mümkün deyil:

“Ümumiyyətlə, terrorun bu qədər geniş yayılması, terrorçuların belə geniş imkanlara malik olmaları daim şübhə yaradır ki, terror təşkilatlarına müxtəlif dövlətlər tərəfindən ciddi dəstək verilir. Bu cür dəstəklərin konkret məhkəmə qərarları ilə sübut olunduğuna dair də faktlar çoxdur. İndiki halda isə Türkiyəyə qarşı hücumlar həyata keçirən ASALA, PKK, İŞİD, DHKP-C kimi terrorçu təşkilatların xarici dövlətlər tərəfindən dəstəkləndikləri isbatlanmış faktlardır. İstanbuldakı son terror hadisəsində də xarici kəşfiyyatların rolu istisna edilmir. Bombanın məlum xüsusiyyətləri öyrənildikdən sonra bu istiqamətdə şübhələr daha da artır və təbii ki, sizin qeyd etdiyiniz iddialar da gündəmə gəlir. Mən tam dəqiq bilmirəm ki, bu terror aktına hansı qüvvə və necə dəstək verib. Amma Türkiyədə son illərdə gedən proseslər, ümumiyyətlə, ölkənin terror problemi ilə bağlı yaşadıqları ABŞ və konkret olaraq “İncirlik” bazası ilə bağlı ciddi şübhələri ortaya çıxarıb. Türkiyədə daxili-siyasi mübarizənin xarakterinin dəyişdiyi də nəzərə alınmalıdır və bu zaman təəssüf ki, müxtəlif qüvvələrin milli maraqlara zidd, hətta vətənə xəyanət xarakterli addımlarının da şahidi oluruq”.

Araz Zeynalov
Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır