Bu gün – sentyabrın 5-də Yenicag.az saytının yubileyidir: 10 ili tamam olur. Ötən illər ərzində sayt öz fəaliyyətində uğurlu bir yol keçərək, ölkənin ən tanınmış informasiya məkanlarından birinə çevrilib.

Yubileylə bağlı ürək sözlərini Yenicag.az-la bölüşən Milli Məclisin deputatı Fəzail İbrahimli sayta, onun kollektivinə uzun ömürlü fəaliyyət və işlərində uğurlar arzuladı:

“Həmişə ədalətli mövqedə dayanmalarını, şəxsi ambisiyalara uymamağı, cəmiyyətdəki neqativ halların üzə çıxarılmasında əsas rol oynamağı arzu edirəm. Hansısa şəxsin istəyilə müəyyən bir mövqedə dayanmaqdan uzaq olmalarını diləyirəm. Əməkdaşlara da müstəqil həyat tərzi arzulayıram. Qoy cibləri dolu, canları sağ, ədalətli, vicdanlı olsunlar”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Yenicag-ın seçilən saytlar sırasında olduğunu qeyd etdi:

“Kollektivin rəhbərini və əməkdaşlarıni yubiley münasibətilə təbrik edirəm. Daimi olaraq, Yenicag.az saytını, onun daim yenilənən xəbərlərini izləyirəm. Bu saytda maraqlı analizlər və araşdırmalara geniş yer verilir. Sayt dünyada, bölgədə və Azərbaycan ətrafında baş verən hadisələri, onunla bağlı fikirləri ortaya qoyur və bu zaman politoloqların da düşüncələrinə yer ayırır. Son zamanlar saytlar qəzetləri obyektivlik baxımından çox qabaqlayır. Çünki saytların operativlik baxımından qəzetlərə nisbətən xəbərləri anında yerləşdirib, ona reaksiyalar almaq imkanları genişdir. Bu mənada da Yenicag.az seçilən saytlardandır. Saytın rus dilində olan versiyasını da daimi olaraq izləyirəm. Bu versiya da çox mükəmməldir. Ən maraqlı şərhlərlə məhz bu saytda tanış oluram. Mütəmadi olaraq burada yazılarım da yayımlanır.

Yubiley münasibətilə təbriklərini çatdıran millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan mətbuatında gərgin rəqabət şəraitində fəaliyyətə başlayan Yenicag.az özünü doğrultmağı bacarıb:

“Ölkə mediasındakı gərgin rəqabət fonunda 10 il əvvəl fəaliyyətə başlayan Yanicag.az saytı özünü doğruldaraq, indiki səviyyəsinə çatıb.
Gərgin zəhmətlə müşayiət olunan fəaliyyəti sayəsində Yenicag.az mətbuatda öz yerini tutub və cəmiyyətin informasiya təminatında mühüm rol oynayan media orqanına çevrilib.
10 illik yubileyi münasibətilə Yenicag.az saytının kollektivini təbrik edir, yaradıcılıq uğurları arzulayıram”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, siyasi icmalçı Vüqar Zifəroğlu da Yenicag.az-ı Azərbaycanın informasiya məkanında özünəməxsus yeri olan bir sayt kimi dəyərləndirdi:

Yenicag.az saytına, orada çalışan həmkarlarıma uğurlar arzulayıram. 10 illik bir müddət informasiya saytı üçün önəmli bir dövrdür. Bu müddət ərzində sayt özünəməxsus mövzuları ilə fərqlənib və ətrafında sabit bir auditoriya toplaya bilib. Müasir dövrdə bildiyiniz kimi sabit auditoriyaya malik olmaq elə də asan məsələ deyil. Çünki hazırda informasiya portalları və saytlar arasında ciddi rəqabət gedir. Yenicag.az saytı isə bu sınağa tab gətirərək, Azərbaycan informasiya məkanında özünəməxsus yeri tuta bilib. Sayt rəhbərliyi və orada çalışan həmkarlarımı təbrik edir, arzulayıram ki, daha böyük rəqəmli yubileyləri qeyd etsin və ölkəmizin informasiya məkanında hər zaman bu cür parlaq və özünəməxsus mövqeyi ilə seçilsin”.

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu da qarşıdakı illərdə saytın daha böyük uğurlara imza atacağına əmin olduğunu bildirdi:

Yenicag.az saytını yarandığı andan etibarən həm oxucu, həm də peşə tələbatına uyğun olaraq izləmişəm. Bu sayt öz stabil və sabit mövqeyilə seçilir. Prinsiplərindən, qarşıya qoyduğu ideyalardan yayınmayıb. Özü üçün seçdiyi yoldan heç zaman sapmayıb. Bu illər ərzində sayt onun rəhbəri Aqil Ələsgərin ciddi fədakarlığının üzərində dayanıb. Xüsusilə sevindiricidir ki, son illər sayt imkanlarını daha da genişləndirməyə və oxucu üçün yeni məhsullar təqdim etməyə başlayıb. Hesab edirəm ki, bu cür prinsipial və ardıcıl fəaliyyət Yenicag.az saytına qarşıdakı illərdə daha böyük uğurlar əldə etməyə imkan verəcək. Aqil bəy başda olmaqla bütün kollektivi təbrik edir və uğurlar arzulayıram”.

Svetlana Bayramova – politoloq:

“Müasir KİV məkanında son dərəcədə amansız üsullarla idarə olunan mətbuat sahəsində uğur qazanmaq, seçilmək, özünəməxsus yer tutmaq son dərəcə çətin və əzablı bir işdir. Bu gün 10 yaşını qeyd etdiyimiz Yeniçağ.az nə yaxşı ki, bu sahədə özünəməxsis yer tuta bilib və minlərlə oxucunun rəğbətini, etibarını qazanıb.

Yenicag.az kükrək addımlarla irəlilədiyi vaxtdan indiyə kimi kamil bir mətbu orqana çevrilmişdir. Yarandığı gündən bəri istedadlı jurnalist, bacarıqlı təşkilatçı və sədaqətli dost imicini qazanmış Aqil Ələsgər bu zaman kəsiyində çox çətin bir işin öhdəsindən gəlmişdir. Yenicag.az artıq möhkəm addımlarla irəliləyir, müstəqil, tərəfsiz fəaliyyət göstərir. Bütün hallarda dövlətçiliyin keşiyində durmağı bacarır. Şübhəsiz ki, hər bir redaktor mətbuatda iz salmaq üçün ilk növbədə ətrafına bacarıqlı, hər şeydən əvvəl istedadlı insanları toplamağı bacarmalıdır. Mən Aqilə müraciət forması tapmaqda həmişə çətinlik çəkirəm. O məslək dostum, qardaşım, gələcəyinə həm bir insan, həm də bir peşəkar kimi böyük hörmətlə yanaşdığım övladım kimi də baxıram. Və bəzən fikirləşirəm ki, nə yaxşı ki, titrək, məsum və ümidsiz olduğu anlarda belə ətrafına dostlar toplamış, onların arasında özünü təsdiqləmiş Aqil Ələsgər kimi gənc bir arkadaşım var”.

ELÇİN

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 570
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."