yenicag.az

Ölümə gedən 17 yaşlı özbək kamikadzenin göz yaşları – VIDEO

Ölümə gedən 17 yaşlı özbək kamikadzenin göz yaşları – VIDEO

Müəllif: Redaktor

Editor

kamikadze_0xBomba yüklü zirehli maşına minərək Suriya ordusunun mövqeyini partlatmağa gedən özbək əsilli kamikadzenini görüntüləri dünya KİV-inin marağına səbəb olub.

“Əl Nüsrə Cəbhəsi”nin üzvü olan 17 yaşlı Cəfər Əl Təyyar tapşırığa getməzdən qabaq tapşırığın öhdəsindən gələ bilməyəcəyi üçün göz yaşları axıdır.

“Mən, sadəcə qorxuram. Qorxuram ki, tapşırığın öhdəsindən gələ bilməyim”, – deyə kamikadze videoda danışır.

Lakin onun komandiri özbək dilində danışaraq həmyerlisini sakitləşdirə bilir. Videonun davamında zirehli maşının hədəfi məhv etdiyi sərgilənir.

Britaniya mətbuatının məlumatına görə, Suriyanın Fua şəhərində baş verən hücumda 6 kamikadze iştirak edib.

https://youtu.be/whdB93qrd8g

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti