102 ermənini məhv edən komandir baba oldu

Müəllif: Baş Redaktor

Baş Redaktor

maxresdefaultQarabağ müharibəsində qəhrəmancasına həlak olan kapitan Məhərrəm Seyidovun oğul nəvəsi dünyaya gəlib. Onun oğlu Səməd Seyidovun övladı dünyaya gəlib.

Fotoda Məhərrəm Seyidov və həyat yoldaşı…

Məhərrəm Seyidov 1966-cı ildə Ermənistan Respublikasının Amasya rayonun Əzizbəy kəndində anadan olub. 1988-1992-cü illərdə SSRİ- nin Saratov Samara Ulyanski olan Hərbi hissələrdə Tağım və Bölük komandiri və Qərargah rəisi kimi xidmət edib. 1994 cü il Qarabağ uğrunda gedən qızğın döyüşlərdə canından çox sevdiyi əsgərləri ilə birlikdə Məhərrəm Seyidov vətənə olan borcunu layiqincə qaytardı. Məhərrəm Seyidovun rəhbərlik etdiyi tabor 102 ermənini məhv edib. Məhərrəm Seyidov 741 saylı hərbi hissənin komandiri olub.

1 may 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərin birində Hərbi Hissə komandiri olaraq ön cəbhədə döyüşərkən ağır yaralanır. Əsgəri Pərvizlə birlikdə sürünərək xəndəyə gizləniblər ki, erməniyə girov düşməsinlər. Bunu eşidən Elburus Orucov şəxsən özü iştirak etməklə bütün Korpusa döyüş əmiri verir. Kapitan Seyidovun yaralı və ya meydini gətirilməsini tələb edir. Mayın 3-ü əsgərlərdən biri kapitanı qanaxmadan ölü vəziyyətdə tapır. 5 may 1994- cü ildə II Fəxri Xiyabanda dəfn olunur. Qarabağ müharibəsində komandirlik etdiyi hərbi hissənin əsgərləri qəhrəmancasına onunla birgə döyüşən və həlak olan iki əsgərin Pərviz Hüseynov və Asif Novruzovun məzarı da onunla yanaşıdır.

5 may 1994-cü il tarixində kapitan rütbəsində ikən şəhid olmuş və ölümdən 32 gün sonra mayor rütbəsi ilə təltif edilib. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 202 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordenilə təltif edilib.

Fotoda Məhərrəm Seyidovun həyat yoldaşı Yeganə xanım, oğlanları Murad və Səməddir.

Azərbaycanın qəhrəman övladının 2 oğlu var. Onlar Səməd və Murad Seyidovlardır.

Miri Məcidli
Femida.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır