yenicag.az

Kim kimi əvəzlədi? – Deputatlıqdan gedənlər

Kim kimi əvəzlədi? – Deputatlıqdan gedənlər

Müəllif: Redaktor

Editor

parlament1Azərbaycanda keçirilən parlament seçkiləri ölkə gündəminin əsas müzakirə mövzusu olara qalır. Mətbuatın ən çox diqqət yetirdiyi və haqqında xəbərlər hazırladığı şəxslər Milli Məclisə ilk dəfə deputat şeçilən şəxslərdir.

Milli Məclisin yeni deputatları parlamentdə kimləri əvəz edirlər?

AzVision.az bu sual ətrafında kiçik araşdırma aparıb.

Milli Məclisdə bundan sonra 6 saylı Culfa-Babək seçki dairəsini Ülviyyə Həmzəyeva təmsil edəcək. O yeni postunda Hacıyev İsmayıl Muxtar oğlunu əvəz edəcək.

Namizədliyi hakim partiya tərəfindən irəli sürülməyən Hacı Qalib Salahzadə deputat mandatını Cəbrayılova Dilarə Məmmədağa qızına təhvil verməli olacaq. D. Cəbrayılova Milli Məclisdə 27 saylı Sabunçu ikinci seçki dairəsini təmsil edəcək.

35 saylı Xətai üçüncü seçki dairəsindən deputat seçilən Azərbaycan Sosial Demokrat Partiyası Araz Əlizadə Milli Məclisdə Ümid Partiyasının sədri İqbal Ağazadənin yerini tutacaq.

37 saylı Nizami (Gəncə) birinci seçki dairəsinin yeni deputatı Kərimzadə Pərvin Orxan qızıdır. Onun xələfi Aydın Abbasovdur.

Məlum olduğu kimi Xəlilov Mirzəcan Mirzəmməd oğlu 41 saylı Sumqayıt birinci seçki dairəsindən millət vəkili seçilib. Yeni deputat Milli Məclisdə YAP təmsilçisi Leyla Abdullayevanı əvəz edir.

55 saylı Xaçmaz şəhər seçki dairəsinin yeni deputatı Səlimov Eldəniz Adil oğlu parlamentdə Arif Əşrəfovun yerini tutacaq.

57 saylı Kürdəmir seçki dairəsinin yeni deputatı Məmmədov Müslüm Mürsəl oğlu adı mətbuatda bir neçə dəfə qalmaqalda hallanan Fərad Qəribovun yerinə seçilib.

62 saylı Saatlı seçki dairəsinin yeni deputatı Əflatun Amaşov Cəlal Əliyevi əvəz edəcək.

Quliyev Elçin Bəybala oğlu 63 saylı Sabirabad birinci seçki dairəsində deputatlıqdan gedən Osmanlı Ceyhunun yerinə seçilib.

77 saylı Astara seçki dairəsinin yeni deputatı, həkim Mahmudov Rəşad Məmmədqulu oğlunun xələfi Cəfərov Aslan Məmmədhüseyn oğludur.

Milli Məclisin ən gəc deputatı Şahin İsmayılov 81 saylı Beyləqan seçki dairəsində Orucov Ayaz İsmayıl oğlunu əvəz edəcək.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin deputatı Ərəstun Cavadov öz mandatını Vəhdət Partiyasının sədri Tahir Kərimliyə təhvil verəcək.

91 saylı Ucar seçki dairəsindən Hüseynov Vüsal Əfqan oğlu millət vəkili seçilib. Bu dairəni IV çağırış Milli Məclisdə Elton Məmmədov təmsil edib.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin yeni deputatı Ağayeva Ülviyyə Cavanşir qızı Ədalət Partiyasının sədri İlyas İsmayılovu əvəz edəcək.

107 saylı Qazax seçki dairəsindən Nəbizadə Kamran Telman oğlu Milli Məclisin yeni seçilən millət vəkillərindəndir. Onun sələfi Əhməd Vəliyevdir.

109 saylı Balakən seçki dairəsinin yeni deputatı Məhəməliyev Nəsib Məhəmməd Milli Məclisdə Rəbiyyət Aslanovanı əvəz edəcək.

Mahir Abbaszadə isə 121 saylı Laçın seçki dairəsində Fərəcov Nazim Fərəc oğlunun vəzifəsini icra edəcək.

Yenicag.az

Gündəm, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti