!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11-ci sinif şagirdi məktəbdən qaçırıldı – Direktor polisə çağırıldı

!Reklam – Yazi

 

qizi_qac3Sumqayıt şəhərində 9 saylı orta məktəbin 11-ci sinif şagirdi olan qızı qaçırıblar.

Bu barədə Sumqayıt sakinləri xəbər verib. Hadisə bu gün bir neçə saat bundan öncə baş verib.

Baş verən hadisə ilə bağlı 9 saylı məktəbin direktoru Bəhruz Səlimxanov Sumqayıt şəhər Polis İdarəsinə aparılıb.

***

Məsələylə bağlı məktəb direktoru Bəhruz Səlimxan açıqlama verib. Məktəbin direktoru Xeberle.com-a belə bir faktın olduğunu təsdiqləyib. Lakin o, hadisənin məktəbdə deyil, dərs bitəndən sonra – çöldə baş verdiyini deyib. B.Səlimxanov hadisəylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə aparılması ilə bağlı yayılan məlumatları isə təkzib edib: “Belə bir hadisə olub. Amma dərs bitəndən sonra. Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb. Qaçırılan qız 11-ci sinif şagirdi Məleykə Əliyevadır. Mənim polisə aparılmağımla bağlı məlumat isə tamamilə yalandır. Hazırda iş başındayam“, – deyə direktor bildirib.(avropa.info)

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv