yenicag.az
yenicag.az

11 deputatdan 4-ü getdi… – Boş qalan yerlər

11 deputatdan 4-ü getdi… – Boş qalan yerlər

Müəllif: Redaktor

Editor

milli_mwqertMilli Məclisin 11 komitəsində təmsil olunan bir neçə deputat parlamentin yeni tərkibində iştirak etməyəcək.

Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsində yalnız Mübariz Qurbanlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə sədr təyin olduğundan deputat mandatından məhrum olunub və bu komitədə yalnız onun yeri boş qalıb.

Təhlükəsizlik və Müdafiə komitəsinin bütün üzvləri yeni parlamentdə yer alıb.

İqtisadi siyasət komitəsindən Arif Alışanov, Aslan Cəfərov, Ayaz Orucov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsindən isə Elton Məmmədov, Etibar Hüseynov və Fərhad Qəribov deputatlıqla vidalaşdığından onların yerinə yeni millət vəkilləri seçiləcək.

Aqrar siyasət komitəsindən Arif Əşrəfov, Nazim Fərəcov, Ərəstun Cavadov da yeni parlamentin tərkibində olmayacaq.

Sosial siyasət komitəsindən Hikmət Atayev yol qəzasında dünyasını dəyişdiyi üçün komitədə bir tək onun yeri boşdur.

Reqional məsələlər komitəsindən Qalib Salahzadə yeni parlamentdə olmayacaq.

Elm və təhsil komitəsinin üzvləri isə daha çox ali məktəb rektorlarıdır. Onların bir çoxu rektorluğu seçdikləri üçün yeni parlamentdə olmayacaqlar. Bunlar Abel Məhərrəmov, Gülçöhrə Məmmədova və Əhməd Vəliyevdir. Bu komitədə yeri boş olan şəxslərdən biri də Asəf Hacıyevdir. Asəf Hacıyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi Sədrinin müavini seçildiyi üçün deputat mandatını itirib.

Mədəniyyət komitəsindən Leyla Abdullayeva, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsindən isə Aydın Abbasov, Ceyhun Osmanlı, Sabir Rüstəmxanlı yeni parlamentdə olmayacaq.

Digər komitələrdən fərqli olaraq İnsan hüquqları komitəsinin sədri parlamentdəki yerini itirib. Bu komitənin sədri Rəbiyyət Aslanova və komitənin üzvləri İlyas İsmayılov, İqbal Ağazadə, İsmayıl Hacıyev də bu yeni parlamentdə yer almayacaq.

Qeyd edək ki, bu komitədə 11 deputat yeri var ki, 4-ü artıq boşdur(Azvision).

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti