!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 yaşlı oğlan intihar etdi

!Reklam – Yazi

52487Gədəbəy rayonunda 11 yaşlı oğlan intihar edib.

Bu barədə Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyev məlumat verib. Onun sözlərinə görə, rayonun Arabaçı kəndində 2004-cü il təvəllüdlü Şahin Gülzalı oğlu Abbasov özünü asıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilib. Hazırda baş verən intiharın səbəbləri dəqiqləşdirilir.

Hadisə ilə əlaqədar bildirilib ki, uşaq orta məktəbdə müəllim tərəfindən döyülüb. Deyilir ki, 5-ci sinifdə oxuyan oğlanın sinif rəhbəri Rübail Tofiq oğlu Nəbiyev döyüb.

Ehtimal olunur ki, məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşən uşaq bu səbəbdən özünü asıb. Lakin rayon prokurorluğunda faktla bağlı heç bir məlumat verilməyib.

“Rübail Nəbiyev intihar edən Şahin Abbasovun sinif rəhbəri olduğu üçün dindirilib. Hazırda istintaq aparılır. İstintaq sirri olduğu üçün bəzi detalları açıqlaya bilmərik”, – deyə Anar Nağıyev bildirib.

Faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyində araşdırmalara başlanılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalardan sonra hadisnin əsas səbəbləri məlum olacaq.

(anspress.com)

www.yenicag.az

679
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv