“Avtoş” polis maşınını vurub qaçdı – VİDEO

Müəllif: Redaktor

Editor

223475Bakıda avtoxuliqanlıq edənlərin videosu yayılıb.

Videoda “VAZ ” və “Tofaş” markalı iki avtomobilin Bakı küçələrində “meydan suladığı” görünür. Onlar qəza şəraiti yaradır, sürət həddini aşır, işıqforun qırmızı işığından keçir və digər təhlükəli hərəkətlərə yol verirlər. “Avtoş”lardan birini “ləzgi” deyə çağırırlar.

Hər iki avtomobil bir-biri ilə yarışa çıxıb. Onlar qarşılarına çıxan yol polisinə də əhəmiyyət vermirlər. Hətta “avtoş”lardan biri Yol-Patrul Xidməti avtomobilinə yaxınlaşaraq onu güzgü ilə vurub qaçır.

Həmin görüntüləri təqdim edirik:(Avtosfer)

https://youtu.be/ecrUJo4Uc5s


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir