!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baytarlıq Xidmətinin rüşvət siyahısı

!Reklam – Yazi

567547Kənd Təsərrüfatı Nazirliyinin ilginc rüşvət siyahısı

“Yeni Müsavat” qəzetinin redaksiyasına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin “mətbəx”inə aid ilginc sənəd daxil olub.

Sənəddə sözügedən xidmətin daxilindəki rüşvət preyskurantları qeyd olunub. Bunu qəzetimizə ötürən şəxs bildirib ki, Dövlət Baytarlıq Xidməti ölkəyə idxal (ixrac) olunan yüklərə, məhsullara baytarlıq icazəsinin alınması üçün müraciət edən sahibkarlardan külli miqdarda rüşvət alır.

Malların siyahısı zəngin olduğu üçün bunu sistemləşdirmək və idxal olunan malların siyahısı, onların çəkisinə müvafiq olaraq “taksa”sı barədə idarənin müvafiq şöbəsində qeydiyyat aparılıb. Necə deyərlər, xidmət bu siyahı əsasında çalışır. Heç nə unudulmasın, qarışıq salınmasın deyə.

Redaksiyaya eyni zamanda bu daxili sənədlərin surəti də daxil olub. Mənbə qeyd edir ki, bu siyahı xidmətin əksər əməkdaşlarına məlumdur və sirr kimi saxlanılmır.

Siyahıdakı qiymətlərə diqqət edək. Ölkəyə idxal edilən damazlıq toyuq yumurtasının birinə 1 sent, bir günlük cücənin birinə 1 sent, eləcə də xaricdən gətirilən bir baş iribuynuzlu heyvana 25 manat, qoyun-keçiyə 12 manat, 100 tonlarla ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və digər heyvandarlıq məhsullarının hər bir maşınına 100-150 manat qiymət müəyyənləşib.

Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdan başqa, Dövlət Baytarlıq Nəzarəti İdarəsindən icazəsi nəzərdə tutulmayan konservləşdirilmiş, yəni termiki işləmədən keçmiş heyvan mənşəli məhsullar – balıq konservi, mal əti konservi, quru süd, dondurma yoqurt, qatılaşdırılmış süd, mayonez, uşaq qidası, kərə və digər emal edilmiş yağlar, kolbasa məmulatları, kimyəvi yollarla işlənmiş dərinin hər maşınına 100-150 manat rüşvət tələb olunması da redaksiyamıza verilən məlumatlar sırasındadır.

Amma siyahıda diqqət çəkən qiymətləndirmə aşağıdakı kimidir.

İribuynuzlu mal-qara məsələsində hansı ölkədən idxal/ixrac olunması və bunun siyahıda qiymətlərə necə təsir göstərməsi də maraqlıdır. Belə ki, redaksiyamıza çatan siyahıda MDB-dən gətirilən bir ədəd iribuynuzlu üçün alınan rüşvətin məbləği 25 AZN olaraq qiymətləndirilib. 09.10.2015 tarixinə aid olan siyahıda göstərilib ki, həmin tarixdə idxal olunan iri buynuzlu mal-qaranın sayı 101 ədəddir. Bu, hesablanıb və sonda ümumi 2525 AZN məbləği qeyd olunub. Avropadan idxal olunan 1 baş iribuynuzlu üçünsə 30 AZN-lik rüşvət müəyyən olunub. İt-pişik yeminin 1 tonu üçün 71 AZN rüşvət müəyyən olunub. Sözügedən tarixdə idxal olunan 5 tonluq it-pişik yemi üçün 400 AZN məbləğində rüşvət siyahıda qeyd olunub. Yarımfabrikatların 1 tonu üçün 8 AZN, jelenin eyni miqdarı üçün 8 AZN qiymət qeyd olunub. İxrac qiymətləri də aşağı sayılmaz. Xırda buynuzlu heyvan dərisinin 1 ədədi üçün qiymət 0.005 sent müəyyənləşib. Həmin gün onların sayı 73713 ədəd olub. Sonuc… 450 AZN.

Siyahı xeyli zəngin olduğu üçün “Yeni Müsavat” onu olduğu kimi təqdim edir.
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələ araşdırılıb: “Belə bir siyahının mövcud olması mümkün deyil. Şər-böhtan xarakteri daşıyır. Rüşvətdən söhbət gedə bilməz”.

Y.Xanvəli dedi ki, bu siyahı ilə tanışdılar və onun hardan, necə yaranması barədə anlayışları yoxdur: “Bildiyimiz bir şey var ki, bu, ağ yalandır”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

 

www.yenicag.az

1493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv