!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

12 nəfər dənizdə batıb

!Reklam – Yazi

Çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 12 nəfər suda boğularaq ölüb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, 28 gün ərzində 45 nəfər suda boğulmaqdan xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 15 iyundan bu günə qədər Sumqayıtda 4, Mingəçevirdə 3, Xaçmazda 1, Neftçalada 1, Şirvanda 1 və Bakıda 25 batmaq təhlükəsi olan şəxsi xilas edib.

10 iyul 2017-ci il tarixində günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 10 nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bakıda 4, İmişlidə 1, Mingəçevir şəhəri Yuxarı Qarabağ kanalında 1, Xızı rayonu Şurabad qəsəbəsində 1, Kür çayının Ağstafa rayonu Saloğlu qəsəbəsindən keçən hissəsində 2, Samur-Abşeron kanalının Quba rayonu Paşaoba kəndindən keçən hissəsində 1, Kür çayının Qazax rayonu Birinci Şıxlı kəndindən keçən hissəsində 1, Araz çayının Saatlı rayonu Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verib.

Qeyd edək ki, 15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib. Çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

Yenicag.az

www.yenicag.az

1007
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv