!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

12 restoranın fəaliyyəti dayandırıldı

!Reklam – Yazi

139431_467729Heç vaxt müştəri qıtlığı yaşamayan restoranlara indi gəlib-gedənləri barmaqla saymaq olar. Söhbət Ağsu dolayları boyu yerləşən restoranlardan gedir. Gəlir əldə edə bilməyən bu obyektlərin bəzisi artıq fəaliyyətini dayandırmalı olub.

Rayonlardan paytaxta gedib-gələn əksər insanlar yolun yorğunluğunu çıxarmaq, yemək yemək üçün avtomobili restoranlardan birinin qarşısında saxlayardılar. Gözəl mənzərəsi, təmiz havası insanları Ağsu dolaylarında dayanmağa sövq edirdi. Elə bu üzdən dolaylar boyu yerləşən restoranlarda həmişə müştəri bollulğu yaşanardı. Ancaq indi vəziyyət tam fərqlidir.

Obyekt sahibləri uzun müddətdir ki, bu vəziyyətin yaşandığını deyirlər. Onların sözlərinə görə, bu yoldan keçənlərin çox az hissəsi restoranlardan istifadə edir. Bəzi restoranlar isə ümumiyyətlə müştəri üzünə həsrət qalıb. Müştəri qıtlığı gəlirin minimuma enməsinə gətirib çıxarıb. Artıq restoranlar fəaliyyətini davam etdirmək iqtidarında deyillər.

Vəziyyətin bu həddə çatmasına bu ərazilərdə sürüşmə barədə yayılan xəbərlərin səbəb olduğu bildirilir. Restoran sahiblərinin sözlərinə görə, bu xəbər vətəndaşlarda təşviş yaradıb. Müştərilərin azalmasına ikinci səbəb payız-qış aylarında bu ərazilərin qarlı-dumanlı olması göstərilir. Əsasən də yola nabələd sürücülər riskə getmək istəmir.

Bir neçə ay əvvəl 14 kilometirlik dolaylar da daxil olmaqla, Ağsu-Şamaxı yolu asfaltlanaraq yenidən sürücülərin istfadəsinə verilib. Bundan sonra restoranların fəaliyyətində canlanma müşahidə olunsa da, havaların soyuması problemi yenidən qabardıb. Nəticədə 12-yə yaxın restoran və çay evi fəaliyyətini dayandırmalı olub(Faktxəbər).

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv