120 hamilə qadın Türkiyəni partlatmağa hazırlaşır – ŞOK PLAN

Müəllif: Redaktor

Editor

51133PKK-nın Şimali İraqdakı Zap düşərgəsində əksəriyyəti qadınlar olan kamikadzelər yetişdirilir.

PKK terror təşkilatının lideri Murad Karayılan təlim prosesinə şəxsən başçılıq edir.

“Zilan” adlı “ölümsüzlər batalyonu”nun təlim prosesində “Şahinkubani” kod adlı suriyalı bir terrorçunun da yaxından iştirak etdiyi bildirilir. Türkiyənin Tunceli vilayətində 19 il əvvəl bədəninə bağladığı bombanı partladaraq 6 əsgəri şəhid edən və PKK-nın ilk kamikadze üzvü olan “Zilan” kod adlı Zeynəb Xınaçının adını daşıyan “Zilan ölümsüzlər batalyonu”nda terrorçulara psixoloji, siyasi və hərbi təhsil verilir.

Terror aktı törədəcək qadın kamikadzelər isə Türkiyə şəhərlərində hamilə qadın görüntüsü verməlidir.

Yaralı ələ keçirilən, yaxud da təslim olan PKK terrorçularının verdiyi məlumatlar da göstərir ki, terror təşkilatı xarici vətəndaşlardan şəhər mərkəzlərində yaxın vaxtlarda həyata keçiriləcək kamikadze hücumlarında istifadə edəcək(publika).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir