12:00-da bütün qatarlar dayanacaq

12:00-da bütün qatarlar dayanacaq

Müəllif: Redaktor

Editor

14217488232122853505_750x500“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında deyib ki, ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək:

`Ümumxalq Hüzn Günü ilə əlaqədar metroda dünyasını dəyişən şəhidlərin xatirəsinə adlandırılmış “20 Yanvar” stansiyasında xüsusi anım mərasimi təşkil olunacaq. Bu il də “20 Yanvar” stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək, stansiyada güllərdən xüsusi ekspozisiya hazırlanacaq`.

O həmin gün vaqonlarda musiqi səsləndirilməyəcəyini, 12:00-da bütün qatarların dayandırılacağını bildirib

N.Paşayev qeyd edir ki, bir dəqiqəlik sükutla faciə qurbanları yad ediləcək və qatarlar fit verəcək.

N.Paşayev əlavə edib ki, hüzn günü olmasına baxmayaraq, qatarların hərəkət qrafikində və metronun iş rejimində hər hansı dəyişikliyin olacağı gözlənilmir.(Azvision)

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti