www.sinerjipro.net

SinerjiProWide
Reklam

84059Türkiyədə 13 yaşlı qızı dəfələrlə zorlayan 25 yaşlı gənci polis yaxalayıb. Yenicag.az anspress-ə istinadən bildirir ki, əməliyyat Adana polisi tərəfindən keçirilib.

Əməliyyat qızın valideynlərinin şikayətindən sonra keçirilib. Valideynlər şikayətlərində bildiriblər ki, qızları 13 yaşlı S.N. 3 ay bundan əvvəl yoxa çıxıb. Sonra məlum olub ki, onu qonşuluqda yaşayan 25 yaşlı Bahadır K. qaçırıb.

Bahadır K. əvvəlcə qıza elçi gəlibmiş. Lakin yaşı az olduğu üçü onu ərə verməyiblər. Bu zaman Bahadır K. qızı qaçırıb və valideynlərinə zəng vuraraq bildirib ki, S.N. məndədir. O, uşağın valideynlərini polisə xəbər verilərsə, qızı öldürəcəyilə qorxudub.

Daha sonra qızı dəfələrlə zorlayıb. Bahadır K.-nın atası, anası və əmisi 13 yaşlı qızı dilənməyə məcbur ediblər. S.N.-in valideynləri başlarına gələn müsibət barədə polisə xəbər veriblər. Keçirilən əməliyyatda tutulan Bahadır K. Ittihamları qəbul etməyib.

Lakin sonradan göstərilən dəlillər və qızın ifadəsi nəticəsində hər şey məlum olub.

Məhkəmənin qərarı ilə Bahadır K.-nin atasına, anasına və əmisinə azyaşlının köməksizliyindən istifadə edərək diləndirmək maddəsilə ittiham irəli sürülüb. Bahadır K.-nin özü isə azyaşlını zorlamaq və onun köməksizliyindən istifadə edərək ölümlə təhdid etmək maddəsilə cinayət işi qaldırılıb.

Keçirilən ilk məhkəmədə Bahadır K. Günahkar bilinərək həbs edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."