13 yaşlı qızın girovluqda başına gətirilən dəhşətlər - VİDEO

Müəllif: Redaktor

Editor

Omsk vilayət polisi keçmiş məhkumun növbəti cinayətinin qarşısını almağa müvəffəq olub. Rusiya mətbuatının yaydığı videoda dəfələrlə məhkumluq yaşamış Jenya adlı residivist tərəfindən girov götürülmüş 13 yaşlı qızın azad edilməsi əməliyyatı əks olunub.

Fevralın 1-də saat 10 radələrində dozadan artıq narkotik qəbulundan sonra özünə nəzarəti itirən keçmiş məhkum qaldığı qonaq evinin ikinci mərtəbəsinin pəncərəsindən çölə çıxıb. Sonra qarşısına keçən ilk evə hücum edib. Evdə yaşlı nənə və 13 yaşlı məktəbli qız olub. Davranışlarına nəzarəti itirən residivist məktəblini girov götürərək bıçaqla hədələyib. Lakin arada kişinin diqqətinin yayınmasından istifadə edən qız polisə zəng edərək məlumat verməyə fürsət tapıb.

Görüntülərdən aydın olur ki, əlində bıçaq olan kişi özünə nəzarət edə bilmir, qızı hədələyir. Polislər danışıqlara gedərək bədbəxt hadisə yaşanmadan uşağı azad etmək istəyirlər. Qorxu və təlaş keçirən məktəbli ağlayaraq, onu buraxmasını istəyir, cani isə polislərlə heç cürə razılaşmaq istəmir. Bu əsnada residivistin diqqətinin yayınmasından yararlanan xüsusi əməliyyat qrupu hücuma keçərək qızı azad edirlər, Jenyanı tam zərərsizləşdirirlər.

Araşdırmalar zamanı məlum olub ki, axırıncı məhkumluğunu başa vurduqdan sonra Jenya Omsk vilayətinin Nadejdina bölgəsində yaşamağa başlayıb. Yaşanmış hadisədən az öncə Omsk vilayətində mərkəzə yaxın bir yerdə qonaq evində yerləşib.

Qeyd edək ki, saxlanılan şəxs oğurluq və digər mülki cinayətlər səbəbindən dəfələrlə məhkumluq həyatı yaşayıb. Yaşanan olayla bağlı onun barəsində Rusiya Cinayət Məcəlləsinin 206-cı (Girov götürmə, silah və silah qismində istifadə edilən əşyalar) maddəsi üzrə cinayət işi açılıb. Residivistin qaldığı otaqda boş şüşə qablar və naməlum tərkibli maddələrin olduğu şprislər aşkarlanaraq götürülüb.


Copy
SHARE LINK TO THIS PLAYER:

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir