Yazı İçi 468×60

646505_478661Bakı Nəqliyyat Agentliyinin və “Azəravtayol” ASC-nin birgə layihəsinə əsasən, Süleyman Sani Axundov küçəsinə doğru hərəkət edən avtobuslar sözügedən küçə ilə kəsişmədə yaradılacaq hərəkətin əks istiqamətində olan xüsusi dayanacağa daxil ola biləcəklər. Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova yayıb.

Sözügedən küçə ilə prospektə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınacaq.

Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılacaq. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə yan yola yönəldiləcək. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə biləcəklər.

Qeyd edək ki, birbaşa geridönmə tətbiq edilməmişdən öncə ictimai nəqliyyat vasitələrinin İbrahimpaşa Dadaşov küçəsinə daxil olma imkanları məhdud idi.

Bu layihə ictimai nəqliyyat vasitələrinin xidmətindən yararlanacaq sərnişinlər üçün qət edəcəkləri məsafəni əsaslı dərəcədə qısaltmağa imkan verəcək.(trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."