!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident gəncləri mükafatlandırdı – SİYAHI

!Reklam – Yazi

1456569360 (1)Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Bağırov Emil Oqtay oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Əhmədzadə Emil Kinyaz oğlu – Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Eminzadə Emin Xəzər oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Hacızadə Suada Elxan qızı – Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Hüseynov Orxan İsa oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

Hüseynzadə Lalə Natiq qızı – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Məcidov Elman Aydın oğlu – Hamburq Musiqi və Teatr Ali Məktəbinin tələbəsi

Omarlı Şükür Şəfi oğlu – Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Quliyev Ağarəhim Vaqif oğlu – Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Səmədli Soltan Bayram oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi.

www.yenicag.az

1212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv