!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

134 nəfər işdən çıxarılıb - Ramil Usubov

!Reklam – Yazi

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 16-da Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yeniçağ.az DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı nazir ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə İlham Əliyevin imzaladığı Sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə DİN-də Xüsusi Tədbirlər planlarının hazırlanıb icraya yönəldiyini də diqqətə çatdırıb.

Daxili işlər orqanlarının şəxsi heyətinin dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində məqsədyönlü və sistemli iş aparılmasını, son 5 ildə insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərə 2500-ə yaxın əməkdaşın cəlb olunduğunu qeyd edib.

Qonaqların nəzərinə o da çatdırılıb ki, şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür. Təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

Cənab Mikola Qnatovski səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, rəhbərlik etdiyi qurum tərəfindən ötən il həyata keçirilmiş monitorinq zamanı aşkarlanan çatışmazlıqların qısa müddətdə aradan qaldırılmasından, verilən tövsiyələrin nəzərə alınmasından, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına Nazirliyin rəhbərliyinin hər zaman prinsipial mövqedən yanaşmasından məmnunluğunu ifadə edib, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Yeniçağ.az

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv