!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

14 ilə qeyri-adi “muzey” yaradan Sumqayıt sakini– VİDEO

!Reklam – Yazi

unnamed (7)Evini qəzet muzeyinə çevirən Sumqayıt sakini Tərxan Paşazadə 14 il əvvəllin gündəmini öz şəxsi kolleksiyasında toplanıb.

ARB 24 xəbər verir ki, o, ən böyük arzularından birini reallaşdırıb.

Dediyinə görə, analoqu olmayan kolleksiya yaradıb. Bu topluma isə ölkəmizdə çap olunan qəzetlərin ilk buraxılışları daxildir.

Tərxan sevimli məşğuliyyəti ilə artıq 14 ilə yaxındır ki, məşğul olur. Kolleksiyanın ilk eksponatı isə onun təhsil aldığı Bakı Slavyan Universitetinin təsis etdiyi “Tələbə dünyası” nəşri olub. Yüzlərlə qəzeti toplamaqda ona valideynləri də yardımçı olub. Xüsusilə də atası.

Tərxan deyir ki, 300-ə yaxın qəzeti toplamaq ona elə də asan başa gəlməyib. Dostları və kolleksiyaçının özü də hesab edir ki, onun qoruduğu bu qəzetlər nə vaxtsa aparılacaq tədqiqatçılar üçün əhəmiyyətli olacaq.

İndi onun reallaşdırmaq istədiyi iki arzusu var. Birincisi Dağlıq Qarabğın işğaldan azad olunması xəbərini dərc edən qəzetin ilk nömrəsini əldə etmək. Bundan sonra isə bədnam qonşularımız tərəfindən zəbt olunan tarixi torpaqlarımızda topladığı kolleksiyasının sərgisini keçirmək. Tərxan özü də bilir ki, o gün uzaqda deyil!

https://www.youtube.com/watch?v=KkR1YEXWQxk

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv