Ads by Google

hightechnic
Ads by Google

241835 (1)Rusiyanın Voronej vilayətinin Novaya Usman kəndində 2 gün əvvəl 14 yaşlı məktəbli bıçaqlanıb.

Hadisə futbol matçından sonra baş verib və zərərçəkən məktəbli göbəyindən bıçaq yarası alıb.

İlkin ehtimallara görə, o öz tanışları ilə futbol oynayarkən 13 yaşlı birisi ilə sözü çəp düşüb. 14 yaşlı məktəbli dava zamanı özündən kiçiyin qış geyimini cırıb. Nəticədə 13 yaşlı məktəbli meydançadan çıxıb və bir müddət sonra əlində bıçaqla peyda olub.

Rusiya Federasiyası Voronej vilayəti üzrə Təhqiqat Komitəsinin mətbuat katibi Ramazan Əsədov bildirib ki, zərərçəkmiş göbək nahiyəsindən bir neçə zərbə alıb. Hazırda bıçaqlanan məktəbli reanimasiyada yatır. Onun durumu sabit kimi dəyərləndirilir.(Qaynarinfo)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."