dollar-45-113-300x190Bu gün oktyabrın 24-də daha 2 bank dollar satışını dayandırıb.
“Azər-Türk bank” və Pakistan Milli Bankının Bakı filialı bu gün xarici valyuta satışını dayandırıb.

Amma bank rəsmiləri dollar satışının dayandırılmasının səbəblərini açıqlamayıblar.
Xatırladaq ki, ötən həftənin son iş günü “Ekspresbank” dollar satışını dayandırmışdı. Artıq bu gün bank 500 dollarlıq limitlə valyuta satışını bərpa edib.
Bundan başqa “Bank VTB (Azərbaycan)” və “Naxçıvanbank” dollar satışını dayandırıb. “Paşa Bank” da xarici valyuta satışını dayandırıb. Bank ancaq öz müştərilərinə 500 dallarlıq limitlə satır.
“Bank Respublika” isə valyuta alıcılarına 5 min dollarlıq limit tətbiq edir.
Beləliklə, dollar satmayan bankların sayı 5-ə çatıb .(fins)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."