“Multikultural dəyərlərin inkişafında QHT-lərin rolu” mövzusunda konfrans keçirilib

Müəllif: Redaktor

Editor

unnamed-5Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Zaqatala şəhərində, Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlərin inkişafında QHT-lərin rolu və onların üzərinə düşən vəzifələr” mövzusunda konfrans keçirib. Tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini, Heydər Əliyev mərkəzinin direktoru, Zaqatala rayon Gənclər İdman İdarəsinin rəisi, bələdiyyə sədrləri, rayon Ağsaqqallar Şurasının sədri, “Zaqatala” qəzetinin redaktoru, Qarabağ müharibəsi veteranları, müxtəlif sahələr üzrə həmkarlar ittifaqının sədrləri və təhsil müəssələrinin direktorları iştirak edib.

Konfransda çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini İlqar Vəliyev qeyd edib ki, multikultural dəyərlərə sadiqliyi ilə dünyaya nümunə olan ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” elan olunması tamamilə təbiidir. Bu il mədəni müxtəlifliyin, tolerantlığın təbliği, tədqiqi və gələcək nəsillərə çatdırılması istiqamətində keçirilən konfranslar, dəyirmi masalar, mədəni-kütləvi tədbirlərdə on minlərlə insan iştirak edib. Azərbaycanın həmçinin ev sahibliyi etdiyi çoxsaylı beynəlxalq tədbirlərin iştirakçıları müxtəlif millətlərin və dini konfensiyaların nümüyəndələrinin min illər boyu dinc, sülh şəraitində yanaşı yaşamasının şahidi olub, ölkəmizdən xoş təəssüratlarla ayrılıblar.

Şura Katibliyinin məsləhətçisi Həsən Səmədov Şuranın fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında iştirakçılara ətraflı məlumat verib. H. Səmədov Şuranın milli donor kimi vətəndaş cəmiyyətinin formalaşmasında rolunun böyük olduğunu, qrant müsabiqələrinin mövzularının hər il təkmilləşdirildiyini, ölkənin daxili və xarici siyasətinin prioritet mövzuları ilə zənginləşdirildiyini bildirib.

Həsən Səmədov 2016-cı ildə Şuranın dəstəyi ilə multikulturalizm mövzusunda 22 layihənin həyata keçirildiyini deyib və onlar haqqında konfrans iştirakçılarına geniş məlumat verib.

“Yeni Fikir”Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva, Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının rayon komitəsinin sədri Sona Qazıyeva, rayon Ağsaqqallar Şurasının sədri Ənvər Kərimov, İqtisad Universitetinin Zaqatala filialının direktoru Orucəli Rzayev, Zaqatala şəhər bələdiyyəsinin sədri Nurəli Əhmədov və digər şəxslər çıxışlarında ölkəmizdə mövcud olan multikultural mühitin əhəmiyyətini vurğulayıblar.

Qusar rayonunun Heydər Əliyev Mərkəzində keçirilən konfransda Şura Katibliyinin məsləhətçisi Həsən Səmədov, Quba Regional Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev, Heydər Əliyev Mərkəzinin rəhbəri Neva Abdurrəhmanova və ictimaiyyət nümayəndələri çıxışlarında vətəndaşlarımızın ictimai şüurunda multikultural ideyaların mühüm yer tutduğunu və həyat tərzinə çevrildiyini, dövlətimizin multikultural münasibətlərin inkişafı yönündə atdığı addımların davamlı xarakter daşıdığını vurğulayıblar.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır