qadinintihar333Daşkəsən rayonunda 15 yaşlı qızın intihar səbəbi bəlli olub.

Lalə Bağırovanın intihar səbəbi kimi ailəsinin ondan ev işləri görməsini tələb etməsi göstərilir. Bu barədə saytımıza açıqlamasında rayonun Bayan kənd bələdiyyəsinin sədri Natiq Süleymanov məlumat verib.

“Lalə Bağırova gözəl, əxlaqlı bir ailənin övladıdır. Bağırovlar kənd təsərrüfatı, maldarlıqla məşğul olan, zəhmətkeş bir ailədir. Lalə özü ərköyün bir uşaq idi. 9-cu sinifdən məktəbdən ayrılmışdı. Evin böyük uşağıdır. Yalnız ev işləri ilə məşğul olurmuş – toyuq, cücə, qoyun və s. Özünü asmamışdan əvvəl evdə anası deyib ki, filan işi gör. Biz də təxmin edirik ki, Lalə anası ona hirsləndiyi, iş tapşırdığı üçün özünü asıb. 15 yaşlı uşaqlar bir az dəlisov olurlar. Yəni ki, özünü heç nədən asıb”, – deyə bələdiyyə sədri bildirib.

Xatırladaq ki, Daşkəsən rayonunda intihar hadisəsi baş verib. Rayonun Bayan kənd sakini 2001-ci il təvəllüdlü Lalə Bağırova yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."