!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

15 yaşlı xocalılı qız 4 yaşlı körpəni xilas etdi – Bakıda inanılmaz hadisə yaşandı - Özəl

!Reklam – Yazi

Bu gün Pirşağı qəsəbəsindəki DSK Pansionatında məskunlaşmış Xocalı qaçqınları həyatlarının daha bir stressini yaşayıblar.

Xudiyevlər ailəsinin 4 yaşlı üzvü Vahid diqqətdən yayınaraq, həyətdəki su ilə dolu hovuza düşüb. Suyun şappıltısını eşidən 15 yaşlı Hicran Xudiyeva (Vahidin bibisi qızı) heç kimə demədən, hovuza yaxınlaşır və körpəni suyun dibində görür. Heç nə düşünmədən özünü buz kimi hovuza atan qız dayısı oğlunu xilas edir.

Hicranın anasının sözlərinə görə, əslində, qız sudan çox qorxur və üzməyi də bacarmır. Amma körpəni ölümün pəncəsindən xilas etməyə bir an belə tərəddüd etməyib. Soyuqdan göyərmiş uşağı sudan çıxaran kimi ona ilk yardım edib, üzüqoylu çevirərək, kürəyindən döyəcləyib. Səsə qonşular yığışıb, uşağı həyata qaytarmaq mümkün olub.

Beləcə, Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində bir Xocalı körpəsi ölümdən dönüb.

Yeniçağ.az

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv