www.sinerjipro.net

SinerjiProWide
Reklam

bankjuhjh“Məlumdur ki, Vergi Məcəlləsinə yeni qədəm qoyduğumuz 2017-ci il yanvarın 1-dən ümumən 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 sayda yenilik qüvvəyə minmişdir ki, bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsini, uçot-qeydiyyatın asanlaşdırılmasını, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsini, 8 maddə vergi yükünün azaldılmasını, azadolma və güzəştləri əhatə edir. Bunlardan biri də qeyd etdiyiniz rezidentlər tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən Bank həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında vergi tutulmasından ibarətdir”.

Bunu Yeniçağ.az-a Yeni ildən Vergi Məcəlləsinə bəzi bank əməliyyatlarının həyata keçirilməsi zamanı vergi ödənişini müəyyən edən dəyişikliklərin qüvvəyə minməsindən danışarkən iqtisadçı-ekspert Pərviz Heydərov söyləyib.
Ümumiyyətlə, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar əvvəlki şərhlərimdə də qeyd etmişdim ki, bəziləri qeyd edirlər ki, guya vergilər ağırlaşdırılıb, yeni mənbələr də vergiyə cəlb olunub və s.:

“Hesab edirəm ki, məsələyə geniş yanaşmaq lazımdır. Bütövlükdə götürdükdə, sözügedən dəyişikliklər özlüyündə inzibatçılığı, şəffaflığın artırılmasını, ödəyicilərin hüquqlarının genişləndirilməsini, həm də onları daha yaxşı vergiyə cəlb etməyi, həmçinin bəzi güzəştləri və azadolmaları ehtiva edir. Konkret olaraq, rezidentlər tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən Bank tərəfindən həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında vergi tutulmasına gəldikdə, burada əsas məqsəd maliyyə resurslarından, daha dəqiq desək, onun hərəkətliliyinə daha yaxşı nəzarət tədbiq etməklə, səmərəli istifadəyə nail olmaqdan ibarətdir. Yuxarıda da qeyd etdik ki, Vergi Məcəlləsinə dəyişikliklər sırasında şəffaflığın təmin edilməsi əsas yerlərdən birini tutur. Pərviz Heydərov ile ilgili görsel sonucuElə sözügedən müddəa da, yəni ki, rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən Bank tərəfindən həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında vergi tutulması da şəffaflıqla bağlı məsələdir”.

Belə ki, Azərbaycan Respublikası rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (offşor zonalarda) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin yaradılması olduqca vacib məsələdir:

“Rezident vergi ödəyicilərinin ölkə hüdudlarından kənarda, o cümlədən offşor zona hesab edilən ərazilərdə təsis edilmiş vergi ödəyiciləri ilə apardıqları əməliyyatlara nəzarət etmək məqsədilə belə gəlirlərə transfer qiymətlərinin tətbiqi həlli çoxdan vacib sayılan məsələ hesab olunurdu… Hesab edirəm ki, bu, həm də ölkədən kapital axınına da nəzarəti gücləndirəcək. Bilavasitə, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesabındakı pul vəsaitinin nağd qaydada verilməsi həyata keçirilərkən Bank ödəmə mənbəyindən 1% vergi tutulması isə vətəndaşlara heç bir aidiyyatı olmayan məsələdir…. Bu dəyişiklik ölkədə nağdsız hesablaşmaları artırmaq məqsədi daşıyır. Eyni zamanda bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, maliyyə sektorunun likvidliyinə nail olmağı və büdcə vəsaitlərinin daha düzgün xərclənməsini təmin etməyi, əməkhaqqının və digər ödənişlərin leqallaşmasına şərait yaratmağı və sairi hədəfə alır. Bütövlükdə, bunun fiziki şəxslərə xeyri olacaqdır”.

Məsələyə münasibət bildirən iqtisadçı Akif Nəsirli isə deyir ki, sözügedən dəyişikliyin məqsədi aydındır: hökumət bu il üzləşdiyi ən çətin problem olan büdcə kəsrini doldurmaq niyyətindədir:

“Bu yenilik bankdankənar hesablaşmaların artmasına səbəb olacaq. Hökumətin hədəflədiyi büdcəyə daxilolma diversifikasiyası prosesi bu metodla mümkün olmayacaq. Sahibkarlar, rezidentlər və qeyri-rezidentlər obraz deyil ki, qazandığı pulun 10 faizini bank xidməti kimi ödəsin. Dünyanın heç bir yerində belə xidmət haqqı yoxdur. Bu, həm də ölkənin biznes mühitinə zərbə vuracaq, cəlbediciliyi aşağı salacaq”.

Bu, eyni zamanda “kölgə iqtisadiyyatı”nın ölkədə daha da çiçəklənməsini stimullaşdıracaq:Akif Nəsirli ile ilgili görsel sonucu

“Çünki bank vasitəsi ilə hesablaşmalar həyata keçirtməyi səmərəsiz sayan sahibkarlar bu hesablaşmaları öz aralarında nağd şəkildə aparacaqlar. Bu halda isə həmin dövriyyə təbii ki, vergilərdən də yayındırılacaq”

Qeyd edək ki, Yeni ildən Vergi Məcəlləsinə bəzi bank əməliyyatlarının həyata keçirilməsi zamanı vergi ödənişi müəyyən edən dəyişikliklər qüvvəyə minib.

Yeni qaydalara əsasən, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən Bank həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında vergi tutur. Bundan başqa, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesabındakı pul vəsaitinin nağd qaydada verilməsi həyata keçirilərkən Bank ödəmə mənbəyindən 1% vergi tutur.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."