Rumıniya prezidenti xarici ölkələrin səfirləri ilə görüşüb

Müəllif: resul

Editor

Bu gün Rumıniya prezidenti Klaus İohannis Buxarestdə akkreditə olunmuş xaric diplomatik korpusun rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, görüşdə çıxış edən Rumıniya prezidenti ölkəsinin son illər müxtəlif sahələrdə əldə etdiyi uğurlar barədə diplomatlara məlumat verib.

Prezident, həmçinin qarşıdakı illərdə Rumıniyanın xarici siyasətinin istiqamətləri barədə danışıb.

“Bizim xarici siyasətimizin fundamental əsasları olduğu kimi qalır. Bunlar ABŞ-la ölkəmiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, həmçinin Avropa Birliyi və NATO ilə münasibətlərin möhkəmləndirilməsidir”, – deyə K.İohannis vurğulayıb.

Hər il Buxarest şəhərində yerləşən prezident iqamətgahı Kotroçendə keçirilən görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov da iştirak edib.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır