www.sinerjipro.net

SinerjiProWide
Reklam

Dursun Çiçek (Cümhuriyyət Xalq Partiyasının millət vəkili)

“49 faizə yaxın nəticə Cümhuriyyətə və demokratiyaya olan inanclarımızı gücləndirib”

“Təbliğat dövrünü birlikdə yaşadıq və izlədik. Ədalətli bir dövr deyildi. İqtidarın mediaya təzyiqi səsimizin seçicilərə lazımi qədər çatmasına mane oldu. Televiziya kanalları üzümüzə bağlandı. Seçki qutularından çıxan nəticələrə etirazlarımız təhlil olunur. Dünya isə nəticələrin obyektivliyini müzakirə etməyə davam edir. 49 faizə yaxın nəticə Cümhuriyyətə və demokratiyaya olan inanclarımızı gücləndirib. Bundan sonrakı dövrdə 2019-cu il seçkiləri üçün düzgün namizəd seçməklə və düzgün üsullarla iqtidarı seçki qutularında məğlub etməyin yollarını axtaracağıq”.

Cevdet Yılmaz (AKP sədrinin müavini, Baş nazirin keçmiş müavini)

“Xalqımız demokratik şəraitdə öz seçimini ortaya qoyub”

“Seçicilərimiz çox önəmli tarixi bir qərarın altına azad iradələrilə imza ataraq, ölkəmizin müasir mədəniyyətlər səviyyəsinə yüksəlməsi üçün Başkanlıq sistemini uyğun görüb. Cənab prezidentimiz və Baş nazirimizin dünən axşamkı çıxışları bundan sonrakı hədəflərimizi təyin etdi. Başkanlıq sisteminin Türkiyəni dünya ölkələri içərisində daha güclü edəcəyinə inamımız tamdır. Cənab Ərdoğanın qurucusu olduğu partiyamızın rəhbərliyinə qayıtması təşkilatlarımıza yeni həyəcan qatacaqdır. Referendum nəticələrinin ölkəmizə və partiyamıza xeyirli olmasını diləyir, Konstitusiya dəyişikliklərinin lehinə və əleyhinə səs vermiş bütün vətəndaşlarımıza minnətdarlığımı bildirirəm”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."