!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“16 yaşımdan mən oğlan dostumla öz evimdə yaşayırdım”

!Reklam – Yazi

237116“Uşaq evlərini ziyarət edərkən və orda məni tanımayan uşaqların mənə zillənmiş baxışlarını görərkən kövrəlirəm, axı onların valideynləri yoxdur, amma valideynlərə ehtiyacları var”

Dünya şöhrətli aktrisa Ancelina Colinin Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edirik:

– Çox şadıq ki, Rusiyaya gəlişinizdə sizdən müsahibə alan ilk dərgiyik.

– Buna ancaq sevinə bilərəm: müsahibə verdiyim qəzetlərin adlarına heç zaman fikir vermirəm, əgər hər hansı bir insan mənimlə ünsiyyətdə olmaq, fikirlərini bölüşmək istəyirsə, onda niyə də olmasın?! Əgər sənin mənə ünvanladığın suallar, işlədiyin jurnal üçün olmasaydı belə, yenə də ünsiyyət qurmaq üçün ümumi dil tapardıq (gülür).

– Bu, sevindirici haldır, ancaq sizin Moskvaya qəfil gəlişiniz və imicinizin dəyişməsi nəylə bağlıdır? Siz bir neçə il əvvəl Xanım Smit rolunu oynamışdınız, indi həmin o qadına çox bənzəyirsiniz…

– Mənim Moskvaya gəlişim ərimin ekranlaşdırdığı filmlə bağlıdır. Bu, çox maraqlı filmdir, “Həyat ağacı” adlanır. Bred özü gələ bilmədi, çünki indi çəkilişlərdədir, ona görə də bütün işləri bir araya gətirmək çətin məsələdir, amma evə gedəndə Bredə Moskvada olan sərgüzəştlərimi danışacam və Ştatlarda qalmaqla nələri itirdiyini başa salacam.

İmicimdə olan dəyişikliklər isə yalnız əhval-ruhiyyəmlə bağlıdır. İndi özümü daha qədd-qamətli və qadın kimi görmək istəyirəm: vaxtaşırı Bredlə birlikdə çəkdiyimiz həmin filmə baxıram və anlayıram ki, o filmdə canlandırdığım obraz bütün digər filmlərdə oynadığım rolları üstələyir. Hətta bu yaxınlarda döymə vurdurdum, qolumdakı zanbaq döyməsi bizim kiçik qızımızın sevimli gülüdür.

– Döymələrdən söhbət düşmüşkən, çiyninizdəki simvolların anlamı nədir?..

– …Övladlarımın doğulduğu coğrafi məkanların koordinatlarıdır. Mən döymə etdirərkən, nəzərimdə altı yazı tutmamışdım. Bəziləri hesab edirlər ki, uşaqları övladlığa götürməyimin səbəbi, bu simvolikanı tamamlamaq istəyindən doğur, ancaq bu, belə deyil. Düzdü, övladlarım hərdən məni lap özümdən çıxarırlar, amma bunun da öz ləzzəti var. Onlar mənə öz uşaqlığımı xatırladırlar: bıçağı götürüb bir-birini təqib edirlər. Düzdü, bu, dəhşət təsir bağışlayır, amma bizdə həmişə xoş əhval-ruhiyyə oyadır. Övladlarım böyüdükdən sonra evdə etdiyim yeganə dəyişiklik o oldu ki, bütün bıçaqları çardağa gizlətdim, ancaq onlar onsuz da tapdılar. Hətta bəzən mənə elə gəlir ki, onlar mənim ağlımı başımdan almaq istəyən balaca şeytanlardı, buna baxmayaraq, öz övladlarımı dəlicəsinə sevirəm.

– Övladlarınız Bredi də özündən çıxarırlar, yoxsa bu imtiyazlar sizinlə məhdudlaşır?

– Yox, onlar Bredi çox sevirlər, həm də ondan çox qorxurlar. Bred bizim evimizin yiyəsidir. Ərimin blinçik hazırlamasını sevirəm, uşaqlarım da bundan xoşlanırlar. Bred vaxtaşırı onlarla oynayır, bir dəfə axşam Bred yatarkən, övladlarım onun saçlarını kəsdilər. Mən yuxudan ayılıb, bütün yataq boyu saçları görərkən, dəhşətə gəldim, axı bu, mənim saçlarım deyildi. Onda qərara gəldim ki, tez bir zamanda övladlarımı anamgilə qoymalıyam. Bred yuxudan ayılıb, uşaqların hansı hoqqa çıxartdıqlarını gördükdə, heç qəzəblənib-eləmədi. Dedi ki, əvvəllər həmişə dazbaş olmaq istəyib, amma çəkildiyi filmin rejissoru bu təklifdən imtina edib və Bred bizim övladlarımızın seçdiyi parikdə çəkilmək məcburiyyətində qalıb (gülür).

– Bıçaqdan söhbət düşmüşkən, siz öz müsahibələrinizin birində demisiniz ki, uşaq olarkən özünüzə xəsarət yetirmisiniz, nə üçün?

– Bu, çox uzun və dolaşıq hekayədir. Əgər bir-iki saat vaxt versəniz, onda bəlkə bu hekayəni danışmağım mümkün olar (gülür). 16 yaşım tamam olduqdan sonra adi qızlardan fərqlənməyə başladım: qara paltarlar geyinirdim, amma xarici görkəmimə görə qlamur kuklaya bənzəyirdim. Elə bu yaşımdan etibarən anamla ayrılmış atamla münasibətim pozuldu. Məndə qorxunc depressiya başladı, bu səbəbdən, emosiyalarımı cilovlamaq üçün, özümə xəsarət yetirirdim. Bilirəm, bu, dəhşət səslənir, ancaq bu ağrılar mənə yaşamağa kömək edirdi. Artıq 16 yaşımdan etibarən mən oğlan dostumla öz evimdə yaşayırdım və aydın məsələdir ki, bakirəliyimi tez itirdim (gülür), bununla pozğun olduğumu düşünməyin. Biz sevişərkən, mən bununla kifayətlənmirdim, emosiya çatışmazlığı duyurdum, buna görə də bir-birimizə xəsarət yetirirdik. Bu, ona qəribə gəlirdi, amma mən bundan xoşlanırdım, ona görə də hər belə gecədən sonra yataq ağını dəyişməli olurduq. Anam bu meyllərimdən xəbərdar idi, məni anlayırdı, amma günlərin birində məni klinikaya gizlətmək arzusuna düşdü. Sonra hər şey qaydasına düşdü, heç yerə aparmadılar, sadəcə, hər şeydən bezdim, sakit yaşamaq istədim. Oğlanımla ayrıldım, ayrılmazdan əvvəl isə onun barmağının bir hissəsini kəsdim, onda düşündüm, yəqin barəmdə cinayət işi açacaqlar, amma o, məni polisə satmadı, çünki məndən həm qorxurdu, həm də sevirdi… Rusların sözü olmasın, “Sevgidən nifrətə bir addımdır…”.

– Nə yaxşı, rus ifadələrindən bu qədər bilgilisiniz?

– “Solt” filminin çəkilişlərinə görə belədir. Hətta bu filmdə rusca söyüş söyməyi də öyrəndim. Həqiqətən də bu filmin çəkilişləri çox çətin oldu: mən rus ifadələrini öyrənməli, dalaşmalı, kaskadyorları əvəz etməli, borş hazırlamalı idim, ancaq bilmirəm, borş rus yeməyidir, ya yox? Məsələn, Bred ancaq rus blinçikləri hazırlayır, əgər o, aktyor olmasaydı, yəqin onunçün pizzaxanada iş tapılardı, çünki o, xəmiri havada elə mərdi-mərdanə çevirir ki… (gülür)

– Əsas odur ki, uşaqlar Bredin hazırladığı blinçikləri sevirlər, amma niyə məhz 6 uşaq? Axı 7 – xoşbəxt rəqəmdir…

– Hər yerdə yazırlar ki, bu, mənim hobbimdir, ancaq müxtəlif ölkələrə gəzməyə gedərkən, uşaq evlərini ziyarət edərkən və orda məni tanımayan uşaqların mənə zillənmiş baxışlarını görərkən kövrəlirəm, axı onların valideynləri yoxdur, amma valideynlərə ehtiyacları var. Mən istərdim ki, uşaqlar ailədə yaşasınlar, halbuki, mən özüm ailə üzü görməmişəm. Övladlarını atıb, öz həyatlarını yaşayan valdideynlərə o qədər qəzəbliyəm ki, bu qəzəbimin həddi-hüdudu yoxdur. Şəxsən, övladlığa götürdüyüm uşaqların hər birisi mənimçün doğmadır, həmçinin də Bred üçün…

Günlərin birində övladlığa götürdüyümüz böyük uşağı anası tapdı və məhkəmə vasitəsi ilə geri almaq istədi. Yəqin bıçaqları çardaqda gizlətməklə düzgün hərəkət etdim, yoxsa ən böyük ülgücü götürüb o qadının üstünə cumardım. Axı övladı necə atmaq olar?! Öz doğmaca oğlunu atasan, nəvar-nəvar köntöydür, sonra üstündən neçə il keçə, oğlanın həyatı öz axarına düşə, sonra da peyda olub, geri istəyəsən!.. Bu, nə deməkdir axı?! Həmin qadın yalnız ona görə qayıtmışdı ki, oğlundan istifadə etsin… Amma mənim övladlarım həmişə mənimlə olacaqlar!.. Onlar üçün layiqli həyat səviyyəsini və inkişafa doğru yolu təmin edənədək, mən və Bred yalnız onlar üçün çalışacağıq.

– Elə məhz bu xüsusiyyətinizə görə bütün dünya əhalisi sizə heyran qala bilər. Bir dəfə 2006-cı ildə siz Osetiyaya gəlmişdiniz, Beslan terror aktından sonra… Nəyə görə Osetiyanı ziyarət etmək qərarına gəldiniz və gəlişiniz zamanı hansı hissləri keçirirdiniz?

– Bilirsiniz necədi, o vaxt mənim sadəcə seçim imkanım yox idi. Los-Ancelesdə olarkən baş verənləri izləyirdim, ancaq bizim hakimiyyət qurumları bütün hadisələr barədə danışmırdılar, o zaman biz rus kanallarına baxdıq ki, hər şeyi görək və bilək. Tam ciddi deyirəm, televizordan bu kadrları izləyərkən gözlərimdən yaş axırdı. Mən Osetiyaya getməyə bilməzdim.

Amerikada belə hesab edirlər ki, Qafqaz təhlükəlidir və buna görə də mənim Osetiyaya getməyimdən xəbər tutan Bred dəhşətə gəldi. Qafqaz hamı üçün Çeçenistanla assosiasiya olunur, ancaq lap uşaqlığımdan mənim qorxduğum yeganə hal tənhalıqdır. Beslana gələrkən biz dərhal faciənin baş verdiyi əraziyə getdik. Mən indiyədək axan qanları, dağılmış divarları, çoxlu-çoxlu gülləri xatırlayıram… Yəqin, 11 sentyabr terror aktından sonra öz həyatıma və məni əhatə edənlərin həyatına daha ciddi yanaşmağa çalışdım, axı ölüm qaşla göz arasındadır…Osetiyada bir gün qaldım, ancaq həmin günü heç zaman unutmayacam.

Həmin səfərim gülməli məqamlarsız da ötüşmədi: banket zamanı zala toplaşmış kişilər arasında dava düşdü, mən xeyli düşündüm ki, görən nə baş verir? Öz tərcüməçimi çağırdım və tərcüməçim dedi ki, bu kişilər sən demə mənim yanımda kimin əyləşəcəyini seçirmişlər. Bu, çox gülməli görünürdü, axı mənim nə məqsədlə gəldiyimi unutmaq olmazdı, ona görə də kişilərlə sağollaşmalı oldum və uşaq evinə getdim, bundan sonra isə təyyarəm artıq uçuşa hazır idi.

– Hə, Qafqaz dünya anlamında – beynəlxalq terrorun mərkəzidir. Gəlin sizdən danışaq… Bu yaxınlarda Conni Depplə birgə çəkildiyiniz film ekranlara çıxdı, Bred buna qısqanclıqla yanaşmadı?

– Yox, Bred heç zaman məni qısqanmır, amma nəyəsə görə Venesiyada çəkilişlər zamanı çəkiliş meydançasına gəlmişdi, bu da azmış kimi, uşaqlarımızı da özüylə gətirmişdi, yəqin elə düşünürdü ki, uşaqların yanında anası artıq-əskik hərəkət etməz, amma həmin anda belə məqamlar ola da bilməzdi. Çünki öpüşlərin çəkilməsi ancaq axşamlar olurdu, o zaman uşaqlar yatırdı, mənim ərim isə həmişəki kimi sonadək gözlədiyindən, tərləməli olurdu, ancaq öpüşün ən vacib səhnəsini məhz Bredlə daha çox məşq etmişdim. Bilirsiniz, filmin heç bu qədər uğur qazanacağını bilməzdim. Əlbəttə, bu filmdə dava-dalaş çatışmazlığı vardı, ancaq evə gələn kimi, buna nail oldum.

Mehmanxanada oyanmaq və övladlarının bir-birini pəncərəyə sarı dartışdırdıqlarını görmək çox şəndir… Yəqin, bu, mənim uğurumdur, ancaq həmişə vaxtında bunun qarşısını almışam və kiçiklərdən kimisə xilas etməyə müvəffəq olmuşam. Amma, yox, yalan danışdım. Bir dəfə köməyə çata bilmədim və uşaqlarım əllərində olan çəngəlləri qulluqçuya atdılar, təsəvvür edin, yazıq qadına altı çəngəl… Əgər mənim bu müsahibəmi Venesiya polisi oxusa, onda bilsinlər ki, qulluqçu Doretinin müalicə pulunu ödəmişəm (gülür).

– Yəqin, uşaqların dayəsinə çətin olar…

– Siz heç təsəvvürünüzə belə gətirməsiniz ki, dayə nə zülmlər çəkirdi. İndi məcburam özüm uşaqlara baxım, çünki başqaları onlardan qorxur, amma gördüyünüz kimi, məni bıçaqla və çəngəllə hədələmək mümkün deyil. Bredlə bizim taxta qapımız var, həmin qapıda güllə deşikləri var, biz auksionda silah almışdıq, “Cənab və Xanım Smit” filminin çəkişiləri zamanı bu silahdan həmin qapıya atəş açmışdım. İndi isə həmin taxta qapıda yalnız güllə deşikləri yoxdur. Biz həmin qapını qıfıllayanda uşaqlar açmağa çalışırlar, ancaq aça bilmədiklərindən çəngəllə eşələməyə başlayırlar. Yeri gəlmişkən, yəqin bizim bu günki söhbətimizdən sonra mən evə gəlmişkən, çəngəlləri də gizlədəsi olacam… Onlara plastik qab-qacaq və ya gülləkeçirməz jiletlər alacam, bəlkə gərəkləri olar… (gülür).

– Bizim söhbətimiz mənim çox xoşuma gəldi, yaxşı başa düşürəm ki, müsahibə verməyə elə də çox vaxtınız yox idi, ancaq son olaraq istərdim Osetiya sakinlərinə, bizim oxucularımıza və ümumiyyətlə bütün dünya insanlarına öz arzularınızı çatdırasınız.

– Mən sizə sevgi arzulayıram, axı sevgi dünyanı xilas edə biləcək yeganə məfhumdur. Valideynlərinizi sevin, uşaqlarınızı sevin və özünüzü də unutmayın. İndi elə bir zamanda yaşayırıq ki, bu, çox vacibdir.

Müsahibə mənim də çox xoşuma gəldi, siz Rusiyada yeganə jurnalsınız ki, mənə bu cür suallar verməkdən və bu suallara mənim verdiyim cavabları dinləməkdən nə qorxdunuz, nə də çəkindiniz. Çoxları düşünür ki, mən dişləyən məxluqam, çox qəribə qadınam, əslində isə çox mehribanam, cibimdəki bıçaq isə yalnız özünümüdafiə üsuludur (gülür). Qorxma, zarafat edirəm. Və son olaraq, bütün valideynlərə ciddi bir məsləhət verirəm: öz övladlarınızı qoruyun və yaxşısı budur, bıçaqları qonşularda gizlədin, bəlkə onda uşaqlarınız bıçaqları tapa bilməzlər (gülür).

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv