Bu gün səhər saatlarında Qusar rayonunun Həzrəoba kəndinin ərazisində sakinlərin taxıl sahələrinin yaxınlığında olan su arxında qadın meyiti tapılıb.

Yenicag.az İstiPress-ə istinadən xəbər verir ki, dərhal meyiti görən sahə suvarmağa gələn sakinlər Qusar polis şöbəsinin Samur bölməsinə məlumat veriblər. Hadisə yerinə Qusar polisinin əməliyyatçıları və prokurorluq əməkdaşları gəliblər. Polisin araşdırması nəticəsində məlum olub ki, tapılan qadın meyiti Xaçmazın Taqıroba kənd sakini Səmayə Həmdulla qızı Əhmədovadır. Onun ruhi xəstə olduğu bildirilir.

Məlumata əsasən, psixi durumu normal olmayan qadın yaşadığı kəndin əkin sahələri ilə gəzə -gəzə qonşuluqda yerləşən Həzrəoba kəndinin əkin sahələrinə gəlib çıxıb. Burada su arxında ölüb. Qusar ərazidində meyiti tapılan Səmayə Əhmədovanın bu ilin yanvar ayının 22-dən Xaçmaz polis şöbəsi tərəfindən axtarışa verildiyi deyilir.

Qusar prokurorluğunda fakt təsdiqlənib və ölüm faktı ilə bağlı araşdırmalar getdiyi bildirilib.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."