!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

17 nəfər dəm qazından zəhərlənib

!Reklam – Yazi

qazBayram və istirahət günlərində (31 dekabr-5yanvar tarixlərində) dəm qazından zəhərlənmə ilə bağlı 17 nəfər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, onlardan 8 nəfər xəstəxanaya yerləşdirilib. Dəm qazından zəhərlənənlərdən 2-si azyaşlı uşaq olub: “Onlar mərkəzdə müalicə olunduqdan sonra evə buraxılıblar. Dəm qazı ilə zəhərlənənlər arasında ölüm qeydə alınmayıb. Bu il havalar mülayim keçdiyindən bayram və istirahət günlərində müraciətlərin sayı ötən illə müqayisədə az olub. Ötən il bayram və istirahət günlərində mərkəzə 30-a yaxın müraciət olub”.

A. Maqsudov əlavə edib ki, ötən 5 gündə spirtli içkidən zəhərlənmə ilə 12 nəfər, sirkə turşusundan zəhərlənmə ilə bağlı isə 1 nəfər xəstəxanaya müraciət edib. Onların hər birinə lazımi tibbi yardım göstərilib.

 

Yenicag.Az

www.yenicag.az

595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv