Ads by Google

hightechnic
Ads by Google

71-yasindaki-kadin-17-yasindaki-cocukla-evlendi-7342092Yenicag.az xəbər verir ki, 71 yaşlı qadın oğlunun cənazəsində tanış olduğu 17 yaşındakı gənclə evlənib. Məlumata görə, Almeda Errell adlı qadın Gary Hardwick ilə üç həftə görüşdükdən sonra, onunla həyatını birləşdirib.

Daha əvvəl də 77 yaşındakı bir qadınla sevgili olan Gary, “Xəyallarımdakı qadını tapdım və əlaqəmiz bundan daha yaxşı ola bilməzdi” deyib.

Cütlük, hazırda Almedanın gənc ərindən üç yaş böyük nəvəsiylə birlikdə yaşayır. Gary ilə xoşbəxtliyi tapdığını söyləyən Almeda yaşadıqlarını bu sözlərlə izah edib:

“43 illik evliliyin ardından tək qalmışdım. İşləyərkən dayanıb qəflətən ağlamağa başlayırdım. Ruh əkizimi axtarırdım. 45 yaşındakı oğlumu da itirdikdən sonra çox pis olmuşdum. Gənc birini axtarmırdım, lakin Gary birdənbirə qarşıma çıxdı və ilk baxışdan onun həyatımın eşqi olduğunu anladım.”

Garynin özündən böyüklərə əlaqəsi 8 yaşından başlayıb. O, ilk dəfə öz müəlliminə aşiq olmuşdu. Daha sonra 77 yaşındakı bir qadınla da əlaqəsi olub, sonradan onunla ayrılıb. Almedayla tanış olanda Gary depressiyada olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 371
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."