!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

17 yaşlı qız köpək balığını "nakaut" etdi - Fotolar

!Reklam – Yazi

17 yaşlı məktəbli Ceitlyn Taylor köpək balığının hücumuna məruz qalıb.

Yeniçağ.az “Elite Daily”ə istinadən xəbər verir ki, hadisə Florida sahillərində baş verib. Softbol idman növü ilə məşğul olan gənc qız komanda yoldaşları ilə Meksika körfəzində üzərkən qorxunc hadisə ilə qarşılaşıb. Belə ki, qıza 1,5 metr uzunluğundakı köpək balığı hücum edib.

Köpək balığının ətrafında dövrə vurduğunu görən qız sahilə doğru üzməyə çalışsa da, bunu bacarmayıb. Bu zaman köpək balığı gənc qızı ayağından dişləyib. Cəld tərpənən Ceitlyn köpək balığına yumruq ataraq ondan xilas olmağı bacarıb.

Hücum nəticəsində kəskin ağrıları olan qızın yarasına 120-140 tikiş vurulub. O, “Twitter” səhifəsində başına gələn hadisə barədə danışıb və hər kəsə xoş diləklərinə görə təşəkkürünü bildirib.

Yeniçağ.az

www.yenicag.az

871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv