Ads by Google

hightechnic
Ads by Google

795193_465429“İcra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb, ələ keçirən şəxsin birbaşa Komitə sədri olması, çox təəccübə səbəb oldu”

Azərbaycanda böyük səs-küy yaradacaq çox ilginc məhkəmə işi başlayır. Modern.az saytının xəbərinə görə, bu barədə məlumatı tanınmış vəkil Adəm Məmmədov verib. Vəkil bildirib ki, icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb 170 min dollarını alıblar.

“Bu gün (dünən-red.) çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb, ələ keçirən şəxsin birbaşa Komitə sədri olması, çox təəccübə səbəb oldu. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçmışdır”,-deyə vəkil Adəm Məmmədov bildirib.

Lakin vəkil konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb.

Qeyd edək ki, Azərbaycanda yeganə qadın komitə sədri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır.

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Aparat rəhbəri vəzifəsindən azad edilib.

Məlumata görə, Səfər İmanov 1 noyabr 2015-ci ildə öz ərizəsi ilə işdən çıxıb.

Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov sorğuya cavab olaraq bildirib ki, S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov AQUPDK-də olub.

A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.

“Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin, təkzib edilməyib”, – E.Səfərov əlavə edib.(report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."