1,80 yoxsa, 1,65- Ekspertlər arasında fikir ayrılığı

Müəllif: Baş Redaktor

Baş Redaktor

manatdollarNatiq Cəfərli: “İlin sonuna 1 dolların manata nisbətən məzənnəsi 1,65 səviyyəsində olacaq”

Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına açıqlamasında manatın növbəti dəfə ucuzlaşa biləcəyini bildirib: “Mən son günlər Mərkəzi Bankın seçdiyi yolu düzgün hesab edirəm. Yumşaq devalvasiya etməklə manatı real qiymətinə çatdırmaq lazımdır.

Hesab edirəm ki, proses ilin axırına kimi davam edəcək. Manat öz real qiymətini almalıdır. Çünki, manatı qoruyub saxlamaqla heç nəyə nail ola bilmərik. Mənim proqnozlarıma görə, ilin sonuna qədər 1 dollar 1,80 manatadək bahalaşacaq. Bu qaçılmazdır”.

Lakin heç də bütün iqtisadçılar V. Əhmədovun bu açıqlaması ilə razı deyillər.

NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuioBelə ki, Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli dolların manata nisbətdə bahalaşacağının qaçılmaz olduğunu desə də, onun ilin sonuna 1,65 manatdan çox olmayacağı qənaətindədir: “Əslində manatın gələcək taleyi bir neçə məsələdən asılı olacaq. Bu məsələlərdən  biri dollar indeksinin bahalaşması, yəni Federal Ehtiyat Sistemi (FED) bu il faiz artımına getsə,  azı bir, bəzi məlumatlara görə hətta iki dəfəyə qədər arta bilər. Dolların dünyada bahalaşması baş versə, təbii ki, bu manata da təsir göstərəcək. İkinci amil neft qiymətlərilə bağlıdır. İndi stabil görünən neft qiymətlərinin gələn ayın sonuna doğru yenidən ucuzlaşması ehtimalı var. Çünki mövsümü faktorlar buna təsir göstərəcək. Bunların baş verməsinin sözsüz ki, manata da ciddi təsirləri olacaq. Amma 2015-ci ildə iki dəfə gördüyümüz kimi hökumətin belə kəskin devalvasiyaya gedəcəyinə inanmıram. Düşünmürəm ki, daha bir gecəlik kəskin devalvasiyalar olsun. Görünən odur ki, Mərkəzi Bank gündəlik qəpiyin üçdə biri qəədr məzənnəni dəyişməklə manatı müəyyən dərəcədə yuxarı səviyyəyə qaldırmaq istəyir. Bu il devalvasiyadan sonra dollar milli valyutaya nisbətində ən yüksək hədd 1,6485 manat olub. Fikrimcə, Mərkəzi Bank da məhz bu səviyyəyə doğru getdikcə manatın dəyərdən düşməsini təmin edəcək ki, büdcədə yaşanan problemlər müəyyən dərəcədə həllini tapa bilsin, həm də xarici ticarətdəki durğunluq aradan qalxsın. Belədə ilin sonunda dolların manatla məzənnəsinin 1,65 olması ehtimalı daha yüksəkdir”.

ELÇİN



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır