19 yaşlı qız özünü dördüncü mərtəbədən atdı-Sevdiyi oğlana görə (Yenilənib)

Müəllif: Redaktor

Editor

pen-atBakıda intihara cəhd olub.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsi ev 26, mənzil 109 ünvanında qeydə alınıb.

Həmin ünvanda qonaq olan Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Tamara Vidadi qızı Abbasova binanın 4-cü mərtəbəsindən özünü atıb. Hadisə yerində olan şəxslər T. Abbasovanı xəstəxanaya çatdırıblar. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, T. Abbasova sevdiyi oğlandan ayrıldığı üçün bu addımı atıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(APA)

***

Dünən axşam saatlarında Nərimanov rayonunda özünü binanın 4-cü mərtəbəsindən atan 19 yaşlı Tamara Abbasovanın vəziyyəti ağır-stabil olaraq qalır.

Məlumata görə, T.Abbasova bədəninin müxtəlif nahiyələrindəki sümüklərinin qırılması, həmçinin müxtəlif dərəcəli digər xəsarətlərlə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır qalaraq stabilləşdiyini və həyatı təhlükəsinin qaldığını bildirirlər.(lent)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir