19 yaşlı qızı daş-qalaq edərək öldürdülər – Video +18

Müəllif: Redaktor

Editor

2f621b01-3af0-4b71-9d18-8bae73aa8dea_tv_w443_h249-300x169Qısa video görüntüdə ətrafa toplaşan kişilər qızı daşa basır, onun fəryadı eşidilir. Onun 23 yaşlı nişanlısı isə asılıb.

AzadlıqRadiosunun əfqan xidməti ötən həftə Qor əyalətində 19 yaşlı qızın daş-qalaq edilərək öldürülməsinin videosunu yayıb.

İki dəqiqəlik video görüntüdə ətrafa toplaşan kişilər qadını daşa basır, onun qışqırtısı eşidilir.
Yerli polis əməkdaşı Mohammad Aziminin oktyabrın 26-da AzadlıqRadiosuna verdiyi məlumata görə, Rokhsana adlı gənc qız oktyabrın 25-də öldürülüb. Onun 23 yaşlı nişanlısı isə asılıb.
Məlumata görə cütlük evlənmək üçün ailələrini tərk edibmiş.

Qor əyalətinin qadınlar üzrə nümayəndəsi Masooma Anwari əyalətdə qadın hüquqlarının bərbad vəziyyətdə olduğunu və yerli hakimiyyətin bu cür halların qarşısını almaqda gücsüz qaldığını deyir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir