!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“2 aprel” şəhidinə heykəl qoyuldu – Müəllimi tərəfindən

!Reklam – Yazi

14409076_631792493647620_1634913106_nBu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin heykəli qoyulub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu olan S.Kaçayevin heykəli həmin fakültənin müəllimi Rahib Qarayev tərəfindən qoyulub.

R.Qarayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, S.Kaçayevin heykəlini yaratmaq öz təşəbbüsləridir: “Samir mənim dostum olub. O, şəhid olandan sonra biz yaxın adamlarla məsləhətləşib bu qərara gəldik ki, heykəlini yaradaq. Uşaqlar da mənim hazırlamağımı istədilər. Heykəl hazırdır, Şamaxı rayonunda Samirin məzarının üzərində qoyulacaq”.

R.Qarayev deyib ki, heykəli 5 ay ərzində hazırlayıb: “İki gün öncə bitirmişəm”.

Qeyd edək ki, S.Kaçayev 2016-cı ilin aprelin 2-də cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olub.

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv